Facebook Inc, eyniadlı şəbəkənin olduğu şirkət 2020-ci ilin üçüncü rübündə ümumi gəlirlərini reklamdan gəlirlər hesabına artırmağa nail olub.


Facemark.az-ın məlumatına görə, kompaniyanın hesabatına görə, şirkətin reklamdan gəlirləri 22% artaraq 21,22 milyard dollar olub.


Korporasiyanın gəlirləri, dünya brendlərinin boykotuna baxmayaraq artıb. Belə ki, iyulda Unilever və Coca-Cola kimi şirkətlər şəbəkənin nifrət paylaşımları ilə kifayət qədər mübarizə aparmadığını iddia edərək, reklam yerləşdirməkdən imtina etmişdi.


Facebook-un gəliri də üçüncü rübdə artım göstərib, 22% artaraq 21,5 milyard dollara çatıb. Xalis mənfəəti isə 2019-cu illə müqayisədə 29% artaraq 7,85 milyard dollar olub.


Hesabatda deyilib ki, “Pandemiyada şirkətlərin offlayn ticarətdən onlayn ticarətə keçidi baş tutdu, nəticədə kanalda reklam seqmenti inkişaf etməyə başladı. Onlayn ticarət bizim ən böyük reklam seqmentimizdir, yeni tendensiya 2021-ci ildə də gəlir artımını sürətləndirə bilər”.


Facebook yenə də mobil reklam seqmentində liderliyini qoruyur. AppsFlyer-in illik reytinqinə görə, şəbəkə digər IT-nəhəngi Google kimi təsir baxımından kateqoriyaların 79%-ni, reklam həcminə görə isə 82%-ni əhatə edib.