Instagram yeni funksiyalarI ilə platformasını yeniləməyə davam edir.


Facemark.az xəbər verir ki, şirkət Facebook, Messenger və Instagram DM-i birləşdirən yeni mesajlaşma təcrübəsinin Türkiyədə də əlçatan olduğunu elan edib və əlavə olaraq yeni Canlı Yayım funksiyalarını açıqlayıb.


Bu yenilənmə ilə bir saatdan uzun davam edən canlı yayımlar etmək mümkün olacaq. Onlar 30 günə qədər arxivlənə biləcək IGTV-yə “İndi Canlı Yayımda” bölməsi əlavə ediləcək.


Instagram-ın yeni Canlı Yayım funksiyalarının detalları belədir:


- Bütün dünyadakı Instagram istifadəçiləri 4 saata qədər davam edən canlı yayımlar edə biləcək. Bu yenilənmə ilə, xüsusilə müəllim, musiqiçi, sənətçi kimi insanlar 60 dəqiqə məhdudiyyətinə fikir vermədən izləyiciləri ilə asanlıqla əlaqə qura biləcək.


- Bir saatdan uzun canlı yayımlar üçün isə hesabların IP və ya şəbəkənin qaydalarını pozmamağı lazımdır.



- Kontent istehsalçılarının tələbləri nəticəsində, Instagram yaxın zamanda canlı yayımlarını 30 günə qədər arxivləyə biləcək. Bu funksiya ilə canlı yayımlar Stories və Axın paylaşımlarına oxşar şəkildə arxivlənə biləcək.


- Canlı yayımların daha asan tapılması üçün IGTV-yə canlı yayımlara özəl bölmə əlavə ediləcək. Beləliklə, canlı yayımlar yayım əsnasında və sonrasında IGTV-də asanlıqla tapılacaq.


Instagram, xüsusilə 2020-ci ildəki hadisələri nəzərə alaraq, yenilikləri ilə kontent istehsalçılarının insanlarla əlaqəyə keçməsini və bacarıqlarını kəşf etməsinə dəstək olmağı hədəfləyir.