Pinterest sosial şəbəkəsi rüblük gəlirinin, illik müqayisədə 58% artaraq 443 milyon dollara çatdığını açıqlayıb.
Facemark.az xəbər verir ki, TWSJ-nin də qeyd etdiyi kimi bu platforma yalnız reklam satışından pul qazanır.
Şirkətin açıqlamasında deyilib ki, rüblük gəlir artımına səbəb reklamverənlərin Facebook ilə əməkdaşlıqdan imtina etməsi olub. İyulda mindən çox reklamverən Facebook reklamlarını boykota qoşulmuşdu. Ancaq qəribə də olsa, şirkət mənfəətində artım olmadığını demişdi.
Piterest-in gəlir artımı markaların koronavirus böhranına adaptasiya olması ilə də bağlı idi. Bu, iyul-sentyabrda təşviq xərclərinin artmasına səbəb olmuşdu.
Platformaların unikal istifadəçilərinin sayı ötən illə müqayisədə 37% artaraq 442 milyon dollara çatıb.
Xatırladaq ki, şirkət dördüncü rübdə gəlir artımının 2019-cu illə müqayisədə 60% olacağını deyir.
Eyni zamanda, Pinterest sosial şəbəkənin pandemiya səbəbindən hələ də qeyri-müəyyən bir vəziyyətdə olduğunu açıqlayıb.