İllərdir ki, marka və marketoloqların strategiyalarını müəyyən etmək üçün hədəf nöqtəsi Y nəsli idi. Amma görünür Y nəsli yerini yavaş-yavaş bir sonrakı nəslə buraxmağa başlayıb. Təsiri getdikcə artan Z nəsli marketoloqların yeni hədəf nöqtəsidir! Bu qrupa 1997-ci ildən sonra doğulanlar daxildir. İndi marka və marketoloqlar onların istehlakçı vərdişləri və digital dünyaya baxış bucaqlarını göz ardı edə bilməzlər. AdColony digitala istiqamət verən bu nəsli başa düşmək üçün müstəqil araşdırma şirkəti olan Global Web Index ilə apardığı araşdırmanın nəticələrini elan edib. 7 bölmədən ibarət olan hesabatda Z nəslinin maraq dairəsi, mobil dünyada nələr etdikləri, fərqli sahələrdə fərqli satın alım güclərini, digər nəsillərə görə mobil oyunlara münasibətini ortaya qoyur. Reklamverənlərin ən sürətli şəkildə onlara necə çatacaqlarına da işıq tutur.


100 milyard dollar xərcləmə gücləri ilə bütün markaların başa düşməli olduğu bir nəsildir


Z nəsli istehlakçı vərdişləri və ümumilikdə 100 milyard dollar xərcləmə gücləri ilə bütün markaların başa düşməli olduğu güc halındadır. Xüsusilə yaşlarının artması və öz pullarını qazanması ilə Z nəsli bütün markaları maraqlandırır. Z nəsli üçün ən vacibi, əlbəttə ki, ağıllı telefonlardır. Bir gündə ortalama 4 saat 15 dəqiqə telefonda vaxt keçirirlər. Bu göstərici ilə bütün digər nəsillərdən öndədir. Eyni zamanda, mobil alış-verişlərin də ən güclü qrupudur. Ona görə də marka və marketoloqar strategiyalarını müəyyən edən zaman bu qrupun mobil dünyadakı davranış, seçim və gözləntilərini göz ardı etməməlidir.



Hesabatın ən vacib nüansları: Z nəslinin xarakteristik xüsusiyyətləri: Bu nəslə aid olanlar hissetmə və qəbul edilmə istəyinə ehtiyac duyur. Hər 5 Z nəslindən 2-i, başqa insanların fikirlərinin tez təsirinə düşür. Bu nisbət qlobal ortalama ilə müqayisədə 17% daha çoxdur. Bu nəslin 63%-i ətrafı tərəfindən hörmət olunmalarını vacib sayır. Yaşlarından dolayı onların 63%-i ailəsi ilə birgə yaşayır, 52%-i isə tələbələrdən ibarətdir.


Z nəsli əyləncə və səmimiyyət gözləyir


Reklamverənlər üçün vacib nüanslara baxdıqda, Z nəslinin 81%-i markaların əyləncəli və səmimi kontent və videolar istehsal etməsini gözləyir. Digər nəsillərdə, məsələn, Y nəslinin bu 78%-i, X nəsilində 73%-i və digər nəsillərdə isə bu 62%-i bu düşüncədədir.


AdColony EMEA & LATAM Rəhbəri Volkan Biçer, hesabatı belə analiz edib: “Z nəsli yeniyetməlikdən gəncliyə doğru addım atırar. Və hər sahəni ələ keçirməyə başayıblar. Z nəsinin, xüsusilə digital və mobil ilə iç-içə böyüməsi onları bir addım qabağa çıxarır. Xüsusilə mobil oyunlar Z nəsli üçün sosiallaşma və dostları ilə vaxt keçirmə ehtiyaclarını çox böyük nisbətdə qarşılayır. Y nəslinin 45%-i özünün mobil oyunçu olaraq tərənnüm edir. Z nəslində isə bu 54%-dir. Bu vəziyyətdə reklamverənlər üçün də mobil oyunlar ən təsirli kanallardan biri olmağa davam edir”.