Facebook platforması Neighborhoods funksiyasını test edir. Bu funksiyanın köməyi ilə istifadəçilər özlərinin yaşadığı rayondakı sakinlərə və ya evlərindəki fərdlər üçün post paylaşa biləcək.
Facemark.az xəbər verir ki, The Verge nəşrinin yazdığına görə, istifadəçilər platformada yaşadıqları yerə bağlı olaraq ayrı profillər yarada biləcəklər.
Facebook bu insanlara müvafiq reklamları nümayiş etdirmək üçün məlumatları toplayacaq.
Neighborhoods funksiyası hələki Kanadanın Kalqari şəhərində əlçatandır. Nəşrin dediyinə görə, əgər test bu şəhərdə uğurla yekunlaşarsa, o halda yeni funksiya digər şəhərlərdə və regionlarda da görünə bilər.
Yenilik Facebook-un məzmun və lokal cəmiyyətlərin yaradılması strategiyasına tam uyğun gəlir. Belə ki, hələ 2018-ci ilin əvvəlində kompaniya açıqlamışdı ki, onlar xəbər lentində dost və ailədən gələn paylaşımların görünməsinə üstünlük verəcək. Xəbər və kommersiya postları isə məhdudlaşdırılacaq.
Oktyabrın 21-də şirkət daha bir yeniliyi elan etmişdi. Şirkət tanışlıq üçün nəzərdə tutulan Facebook Dating-i istifadəyə verdi. Bu xidmətdən Avropanın 32 ölkəsində istifadə ediləcək. Maraqlıdır ki, qonşu ölkə Rusiyada isə bu xidmət əlçatan olmayıb.