Maksimum geniş auditoriyaya çatmaq üçün ən yaxşı marketinq gedişlərindən biri – METRODA REKLAMDIR. Hər gün onminlərlə insan buradan keçir, bu da çox sayda insanın reklamı görməsi şansını artırır. Metroda reklam son dərəcə təsirli bir marketinq gedişidir. Bu ictimai nəqliyyatda sərnişin sıxlığından dolayı, daha çox auditoriyaya çatmaq şansı verir. Reklamın müxtəlif növləri isə istənilən büdcə və ölçüdə reklamın yerləşdirilməsinə kömək olur.
METRO REKLAMININ ÜSTÜNLÜKLƏRİ
Metroda reklam - marka və məhsul tanıtımı üçün ən yaxşı yollardan biridir. Belə reklam formasından istifadə etməyin isə bir sıra üstün cəhətləri var.
- Çox geniş bir auditoriyaya çatır
- Yüksək performans göstəricilərinə malikdir
- Müxtəlif reklam vasitələri ilə həyata keçirilə bilər
- Potensial alıcılara davamlı təsir göstərir
- Reklamlar atmosfer yağıntılarına məruz qalmır
Əlbəttə ki, yuxarıda sadaladıqlarımız tam siyahı deyil, onu uzatmaq da olar, amma əsas faydaları məhz onlardır. Ümumiyyətlə, ictimai nəqliyyatda reklamın yerləşdirilməsi uzun müddətdir ki, Bakı da daxil olmaqla iri şəhərlərdə fəal şəkildə istifadə edilir. Bu metod ilə geniş təbəqələrin reklam ilə tanış olması şansını artırır. Metro isə bu baxımdan ən yaxşı göstəriciyə malikdir.
Metroda reklamın növləri
Metronun müxtəlif yerlərində reklamın yerləşdirilməsi mümkündür.
- Vaqonlara yapışdırılmış stikerlər, son dərəcə populyar və əlverişli bir yoldur. Vaqonlardan asılı olaraq belə stikerləri panellərdə, 1,2-ci dərəcəli vaqon divarlarında, vaqon qapılarında, həmçinin işıq panellərində yerləşdirilə bilər. Tez-tez belə reklamlar metro vaqonlarının içərisində yerləşdirilən metropoliten xəritə sxemlərində də müşahidə edilir. Bu isə o deməkdir ki, sizin reklamınız 100% əhatə dairəsinə malikdir.
- Vaqonda bütöv növ brendinq. Metro reklamının bu növündə isə bir vaqonda yalnız bir brendin reklamları yerləşdirilir. Qərbdə bu texnologiyadan təkcə, markanın təbliğatı kimi deyil, eyni zamanda marka imicinin yaxşılaşdırılması üçün də istifadə edildiyi bildirilir. Aparılan araşdırmaya görə, metropoliten sərnişinləri belə reklamlara daha çox müsbət yanaşırlar.
- Eskalator boyunca divarlardakı reklamlar – Bu reklamın köməyi ilə daha parlaq və rəngli reklamlardan istifadəyə kömək olur və olduqca effektivdir. Eskalatorda hərəkət edən sərnişinlər məhz belə reklamlara baxırlar bu isə onun effektivliyini daha da artırır. Bu metodun köməyi ilə eskalatorun bütöv hərəkəti boyunca reklam lövhələri yerləşdirilməsinə də kömək olur.
- Lobbi və keçidlərdə reklamın yerləşdirilməsi – belə yerlərə müxtəlif növ reklamlar yerləşdirilə bilər.
- Stansiyalardakı reklamlar – Bu növ reklamların dizaynı üçün geniş formatlı reklamlardan istifadə edilir. Bura afişalar və reklam məlumat qurğuları daxildir.
- Səsli reklamlar – Bu növ reklamlar keçid, lobbi, eskalatorda hərəkət edən sərnişinlərə təsir edir. Belə reklamların nümayişi isə səhər saat 06:00-dan 23:00-a qədərdir.
Qeyd edək ki, metro təkcə, markaların reklam lövhələrini yerləşdirdikləri yer deyil. Eyni zamanda, yeraltı nəqliyyat vasitsəsində sosial əhəmiyyəti reklamların da nümayişinin şahidi oluruq.Məsələn, son olaraq koronavirus epidemiyası ilə bağlı olaraq Bakı Metropolitenində belə sosial reklamların şahidi olduq. Məsələn, indi də insanları maskadan istifadəyə, eləcə də, sağlamlıqlarının qeydinə qalmağa, maskanı çıxarmamağa səsləyən reklamları görə bilərik. Bunlar istər, səsli versiyada, istərsə də iri reklam lövhələri ilə icra olunur. Ancaq onu qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında Qarabağ konflikti sentyabrın 27-dən bəridir ki, daha da güclənib. Azərbaycanın igid əsgərləri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad edir və Azərbaycanın üçrəngli bayrağını bu torpaqlarda sancır.
Amma metro istifadəçisindən biri olaraq, Bakı Metropoitenində yalnız bu gün “Ordumuzun yanındayıq” adlı sosial reklam lövhələrindən birinin şahidi olduq. Yuxarıda da qeyd etdiyimiz kimi, metronun təbliğat maşını kimi əhəmiyyətini nəzərə alsaq, bu ictimai nəqliyyatda da belə VƏTƏNPƏRVƏRLİK ilə bağlı çağırışları görmək daha xoş olardı. Məsələn, cənab prezidentimizin XALQA MÜRACİƏT videosunda səsləndirdiyi fikirlərdən də istifadə etmək olar. Nəzərə alsaq ki, artıq erməni tərəfi Qarabağdakı münaqişə ilə bağlı film çəkib, biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirməli və daha aktiv olmalıyıq.