Milyonlarla səhifə baxışı olan yayımcılar üçün veb saytlarını reklam optimallaşdırması ilə birlikdə idarə etmək çətin ola bilər. İşlərin düzəlməsi və düzgün istiqamətdə getməsi üçün ciddi saatlar sərf etmək lazımdır. Beləliklə, yayımcılar tez-tez çox vaxt sərf etmədən və xərcləmədən gəlir artımına kömək edə biləcək reklam əməliyyatlarını xarici mənbədən təmin etməyə çalışırlar.


Reklam əməliyyatları mürəkkəb bir prosesdir, bu səbəbdən də bir çox yayımcı işini daxili komanda qurmaqdansa, reklam əməliyyatları mütəxəssislərinə verməyə üstünlük verir. Bu xidmətlərdən biri olan autsorsinq (outsourcing) ingilis sözüdür, “outside resource using” (kənar qaynaqdan yararlanmaq) söz birləşməsindən yaranıb. Biznes dilində desək, şirkətin profilinə aid olmayan funksiyalarının digər ixtisaslaşdırılmış peşəkar tərəfdaşlara ötürülməsi sayəsində şirkətin fəaliyyətinin optimizasiya vasitəsidir. Hazırda bazarda bu sahə üzrə ən çox tələb olunan xidmətlərdən biri autsorsinq xidmətidir.


Bəs autsorsinq xidmətindən faydalanmağın üstünlükləri nədən ibarətdir? Gəlin, nəzər yetirək:


1. Vaxtınıza qənaət edirsiz.


2. İnvestisiyalardan daha yaxşı gəlir əldə etmə - Autsorsinq xidməti ilə reallaşdırılan reklam əməliyyatları qrupu ilə yayımcılar məsuliyyət götürən və iş yükünü bölüşən xüsusi mütəxəssislər əldə edirlər. Xidmətlərinə görə yayımcılar, ya qazancının müəyyən bir faizini, ya da sabit bir aylıq/illik ödəniş ödəyirlər ki, bu da onlara daha sərfəli investisiya olaraq geri dönüş edir.


3. Sadələşdirilmiş Gəlir Optimizasiyası - Reklam gəliri optimallaşdırma strategiyalarının dizaynı və icrası reklam əməliyyatlarına aiddir. Bunun üçün mövzu ekspertizası və peşəkar bir yanaşma tələb olunur. Texnoloji bilikləri az və ya heç olmayan bir yayımcısınızsa, bu xidmətdən faydalanmaq sizin üçün daha əlverişli olacaq.


4. Daha Yaxşı Kampaniya İdarəetməsi - Uğurlu bir reklam kampaniyası düzgün planlaşdırma və dəqiq hesablama nəticəsidir. Bunun üçün yalnız reklam texnologiyası biliyi deyil, həm də təcrübə lazımdır.


5. Texniki Ekspertiza - Bir yayımlayıcı üçün reklam optimallaşdırması veb sayt dizaynı və idarə olunması ilə bağlı müəyyən nəzəri biliklər tələb edə bilər. Buraya HTML, JavaScript kimi dillərin əsaslarını bilmək və ehtiyac olduğu yerdə problemlərin həll edilməsinin tətbiq edilməsi də daxildir.


Beləliklə, autsorsinq xidmətindən istifadə etməyin faydalarını qısa olaraq nəzərdən keçirdik.


Müəllif: Fidan Əzizova