IT dünyası daim axın halındadır. İndi bir IT mütəxəssisi kimi hər zaman inkişaf edən texnologiyalar və bazar trendləri ilə ayaqlaşmaq həyat mübarizəsi verməyə bənzəyir.


Beləliklə, Sizə 2020-ci il üçün TOP 10 texnologiyanı təqdim edirik.


Gəlin 10 nömrə ilə başlayaq. Burada Cognitive Cloud Computing (İdraklı Bulud hesablaması) var.


Cognitive Cloud genişləndirilmiş ekosistemdir. Bu ona görədir ki, biz cognitive cloud tətbiqetmələrini və həllərini böyük kütlələrə bulud hesablamalarını istifadə edərək tətbiq edə bilərik.


Big Data-nın çətinliyini başa düşməklə qərar qəbul etməkdə kömək edir. Təkcə 2020-ci ilədək 13,8 milyard ABŞ Dolları gəlir nisbəti əldə etməsi gözlənilirdi və buna görə də IBM, Microsoft, Google, Cisco kimi böyük şirkətlər gələcək bazarla ayaqlaşmaq üçün artıq növbəti nəsil texnologiyasına investisiya etməyə başlayıblar.


2020-ci ildə öyrənmək üçün növbəti texnologiya 5G texnologiyasıdır. İndi 5G yeni nəsil mobil şəbəkələri və xidmətləri təmsil edir. Hazırda 5G-də İsveçrə dünya lideridir. Texnologiyalar Cənubi Koreya və Amerika Birləşmiş Ştatlar tərəfindən yaxından izlənilir. Bu texnologiyanın 2020-ci ildə qlobal qəbulu da gözlənilir.


Minimum 20gbs downlink maksimum 10gbs uplink verəcəyi gözlənilir, hansı ki bunu mövcud 4G LTE texnologiyasından 40 qat daha sürətli edəcək. 5G-nin hazırlanmasında və yoxlanılmasında yaxından iştirak edən şirkətlətə Samsung, Huawei, İntel, Ericcson, Nokia, Deloitte və Qualcomm daxildir.


8-ci sırada Big Data gəlir.


Hazır bu mövzuya deyinmişkən gəlin Dark data adlanan alt qrupdan danışaq. Dark data dedikdə Big data ilə bərabər yaranan, lakin istifadəsiz olan data nəzərdə tutulur. Potensial qeyri-məhduddur və 2020-ci ilə qədər bütün məlumatların təxminən 93%-i bu kateqoriya altında birləşəcək. Big dataya gəldikdə - Big dataya yatırım edən şirkətlər sırasına Netflix, Amazon, Starbucks, Spotify and Adobe daxildir.


Nömrə 7- DARQ


Bu digər böyük texnologiyalardan ibarət olan gələcək texnologiya nümunəsidir. Bu texnologiya rəqəmsal dünyadan sonrasında dəyişiklik üçün katalizator hesab edilir. Yəqin fərq etdiniz ki, DARQ bir qısaltmadır:


D-Distributed ledger (Paylanmış dəftər)


A-Artificial İntellegence (Süni İntellekt)


R- Extended reality (Genişləndirilmiş Reallıq)


Q-Quantum Computing


Bu yaxınlarda Google Quantum Supremacy əldə edərək böyük naəliyyətə imza atdılar. 53 kub kvant prosessorları ilə təsadüfi bir dövrə proqramını 200 saniyədə bir milyon dəfə uğurla həyata keçirdi, əks təqdirdə ənənəvi hesablama ilə on min il və daha artıq vaxt ala bilərdi.


Hazırda 10 müəssisədən 9-u bir və ya daha çox DARQ texnologiyasını sınaqdan keçirir. DARQ Texnologiyasının ilk dalğası tezliklə gəlir.


6 nömrədə 3D çap texnologiyası var. Bu qarşıdakı illərdə mütləq səbirsizliklə gözləməli olduğunuz texnologiyalardandır. Bu texnologiyanın səhiyyənin, istehsal və tikinti sənayelərinin simasını tamamilə dəyişəcəyi gözlənilir. 10 milyard bazar ölçüsü ilə önümüzdəki hər 5 ildə 23.5% böyüməsi gözlənilir.


Və artıq Bugatti, BMW, Audi, Adida, Porsche kimi markalar 3D çap istifadə edərək bizim gələcəyimiz dəyişmək üçün işə başlayıblar.


Listimizdə növbəti sırada İnternet of Things(İoT) - Əşyaların interneti var.


2020-ci ilə qədər yer üzərində təxminən 75 milyard bağlı cihazın mövcud müəssisələr texnoloji trendlərə uymaq üçün infrastrukturlarını Edge baza dizayn nümunələri üzərində qurmalıdırlar. Bazarda bir neçə qabaqcıllar mövcuddur. Bura AWS, Cisco, Microsoft, Dell, HP və digər kiçik bizneslər daxildir.


4-cü sırada DevOps gəlir.


Bu yalnız proqram inkişafında deyil, həm də əməliyyatların idarə olunmasında əsas rol oynayır. DevOps süni zəkaya data Ops vasitəsilə yol açdı. NASA, Netflix, Capgemini bu sənayedə öncüdürlər.


Üçüncü yerdə Hyper Automation - Hiper avtomatlaşdırma var. Hiper avtomatlaşdırma bu dövrün iki super texnologiyasının - RPA və maşın öyrənmənin (Machine learning) birləşməsindən başqa bir şey deyil. Avtomatlaşdırma mexanizmlərini, necə idarə olunduqlarını və maşın öyrənmədən istifadə edərək necə koordinasiya olunduqlarını anlamaq bu sahənin əsas məqsədi olacaqdır. Hələlik Wipro və Infosys kimi şirkətlər bu texnologiyanı sınaqdan keçirir, lakin digər şirkətlər çox da geri qalmırlar.


2 nömrədə Cybersecurity - Kiber təhlükəsizlik var.


Kiber təhlükəsizliyi əksər şirkətləri narahat edən əsas məsələlərdən biri olaraq qalır. Birdən çox şirkət zərərli təhdidlərin qarşısını almaqla yanaşı, son Məlumatların Məxfiliyi Qanunvericiliyinə cavab olaraq təhlükəsizlik büdcəsini ildən-ilə artırır.


Nəhayət listimizdə ilk yerə çatdıq. Aİ as-a-service - Xidmət kimi Aİ.


Süni zəka bu dövrün ən inqilabçı texnologiyalarından biridir.


Google, Apple və Microsoft kimi böyük markalar oyunun başında və bu texnologiyanın potensialını dərindən araşdıran təşəbbüsün ən önünüdədirlər. Onlar rəqiblərindən öndə qalmaq üçün təcrübələr keçir və Aİ əsaslı həll yolları tapırlar.



Müəllif: Leyla Kərimova