Tesla və SpaceX-in CEO-su Elon Musk 2016-ci ildə qurduğu şirkəti Neuralink ilə insan insan beyni ilə komputer ortamını bir sitemdə birləşdirən Link adını verdiyi çipin tanıtınımı etdi. Neuralink bəlkə də insanlıq tarixini dəyişəcək bir ixtira kimi diqqət çəkdi. Bu çipin yaddaşın itirilməsinə, depressiyaya və görmə problemləri kimi bir çox nevroloji problemlərə və onurğa yaralanmalarına həll olması gözlənilir. Qulağın arxasına implant edilən ‘Link’-in bir ağıllı saatın edə biləcəyi bütün özəlliklərə sahib olduğunu deyən Musk, cihazın hərarət və təzyiq kimi bir çox göstəricini ölçə biləcəyini də açıqlayıb. Elon Musk-ın verdiyi açıqlamaya görə, şirkətin ən önəmli proyekti iflicli insanların komputer və telefon idarə etməsini təmin etmək olacaq. Neuralink hazırda iflicli insanların süni üzvlərini sadecə düçüncələrini istifadə edərək idarə etmələrinə icazə verəcək bir sistem üzərində işləyir. Cihaz hələ ki, insan üzərində test edilməyib.
Neuralink imkansız səslənən düşüncələrin oxunabilməsini də gerçəyə çevirir. Bu cihaz qoşulduqda, insanın düşüncələri izlənəbilir, daha da önəmlisi çip davranışa keçməyən, ağıldan keçən düşüncələri belə müəyyən edə bilir. Belə olduğu halda bu ixtiranın özü ilə bərabər bir çox güvənlik riskini də gətirəcəyi gözlənilir. Digər bir ehtimal isə beyinlə kompüter arasında qurulan bağlantının tərs yöndə gerçəkləşməsidir.
Belə olduğu halda bu vəziyyət kiber hackerlərə yeni sahə açacaq. Neuralink çox böyük fürsətlərlə barəbər çox böyük risklərlə də gəlir. Bu günə qədər kəşf edilmiş hər texnologiyanın pis niyyətlər üçün istifadə olunduğunu nəzərə alsaq, Neuralinkin də pisə istifadə olunması ehtimaldır. Neuralinki pisə istifadə edən bir kiber hacker çox sayıda insanın əhval-ruhiyyəsini idarə edə və bundan qazanc əldə edə bilər. Ən böyük təhlükələrdən biri də Neuralink və bənzəri texnologiyaların dövlətlər tərəfindən ələ keçirilməyə çalışması ola bilər. Bunun sayəsində xalqı idarə etməyə, sürü halında tutmağa çalışa bilərlər. Kompüterlərin, proqram təminatlarının, tibbi cihazların hacklənməsindən sonra sıranın beynimizə gəlməsi tük ürpədici vəziyyətdir.
Müəllif: Leyla Kərimova
