2020-ci ildə dünyaya alqortimlər barəsində ehtiyatlı olmaq üçün kifayət qədər səbəblər verildi. ABŞ-dakı prezident seçkilərinin nəticələrindən asılı olaraq bu səbəblər arta bilər.


Hər iki halda da, getdikcə kimi və ya nəyi gördüyümüzü (və nəyi görmədiyimizi) müəyyənləşdirən bu yüksək texnoloji məlumatlara əsaslanan hesablamaların təsirindən şübhələnməyin vaxtı gəldi.


Alqoritmlərin təsiri başgicəlləndirici dərəcəyə çatmağa başlayır və sözün əsl mənasında milyardlarla insan dalğalanma təsirlərini hiss edir.


Riyaziyyat özlüyündə nə rasist, nə sinifçi, nə də avtoritar deyil. Alqoritm sadəcə instruksiyalar dəstidir. Texniki olaraq desək, mətbəxdə resept kitabı kimi bir şeydir.


Hər reseptdə olduğu kimi, onun keyfiyyəti inqridentlərlə əlaqədardır. Və biz-nəticəni, yəni yeməyi yeyənlər mətbəxdə baş verənlərlə maraqlanmırıq.


Alqoritmlərsiz yaşamağa çalış və tezliklə onların yoxluğunu hiss edəcəksən. Çox hallarda alqoritmlər faydalıdır, çünki onlar insandan daha tez və effektiv hesablamağa imkan verir.


Məsələn, istiqaməti Google Xəritələrin daha yaxşı biləcəklərini düşündükləri üçün yolda daha çox vaxt sərf edən hər kəs bunun həqiqət olduğunu bilir. Hətta işıqfor belə alqoritmlə işlədiyi üçün “alqoritmsiz bir gün” istəyi tıxacla bitir.


Video və sosial media alqoritmləri beyinlərimiz üzərində hakimiyyəti ələ keçirirlər. Araşdırmalar göstərir ki, alqoritmlər əhvalımızı dəyişə bilir. Facebook korporasiyası da bunu təsdiq edir. Və hətta 2016-cı il seçkiləri Trampın niyə Facebook reklamlarına bu qədər pul xərclədiyini izah edir.


Beləliklə, 2020-ci ildə alqoritmlərin tam təsirini öyrənməmişdən əvvəl gəlin əsas kontent xidmətlərinin hər birindəki alqoritmlərə nəzər salaq - bunların çoxunu nə qədər təəccüblü olsa da həyatımızdan silmək asandır.


Davamı növbəti məqaləmizdə....


Müəllif: Humay Hüseynli