IPG Mediabrands Media Responsibility Audit adlı araşdırmasını təqdim edib.


Araşdırmada ən məsuliyyətli sosial media platformalarının adı açıqlanıb.


Auditorlar reklam və media sənayesinin hədəf ala biləcəyi meyar müəyyən etmək üçün Facebook, LinkedIn, Pinterest, Reddit, Snapchat, TikTok, Twitch, Twitter və YouTube araşdırıb.


Audit, reklamdan pul qazanan media platformalarının brand safety və məsuliyyətini artırmağa yönəlmiş daha böyük bir layihənin bir hissəsidir.



Daha əvvəl IPG Mediabrands media məsuliyyətinin 10 prinsipini hazırlamışdı.


Bunlar isə iki anlayışa əsaslanır. Brand Safety, brendin təhlükəsizliyi ilə bağlıdır. Brand Responsibility, marka ilə qarşılıqlı əlaqədə olan istifadəçilərin qorunması mənasına gəlir.


Media Responsibility Audit reytinqinə birinci yerdə YouTube videohostinqi, ikinci yerdə Twitter, üçüncü yerdə isə LinkedIn başçılıq edib. Facebook ilk beşliyə daxil olub. Facebook-u isə TikTok, Reddit və Twitch izləyib.



YouTube, Twitter və LinkedIn ilə yanaşı, Snapchat da sənaye meyarlarına daxil edilib. Əsas prinsiplərin özəyində, şəfafa bir atmosfer yaratmaq dayanır. İstifadəçilərin onlayn məkanda qorunması, onların diskriminasiyadan müdafiə olunması, cins, yaş, seksual oriyentasiyasına görə, sosial-iqtisadi vəziyyət və başqa xüsusiyyətlər, məlumatarın toplanması və istifadəsi, uşaq izləyicilərin qayğısına qalmaq, nifrətə təşviq edən kontent, dezinformasiya ilə mübarizə, cəmiyyət və markalar üçün şəffaf bir siyasətə sahib olmaq, qaydaların pozulmasına görə, hər bir istifadəçi üzərinə düşən məsuliyyət nəzərə alınıb.