Türk lirəsi son 1 il ərzində 30% dəyər itirib. Pandemiya zamanında da qonşu dövlətlərin valyutalarının ucuzlaşması, insanları xaricdən sifariş etməyə bir az da həvəsləndirib. Hazırda Respublika ərazisində 20-dən çox karqo şirkəti fəaliyyət göstərir. Bəs hansı kitab sifariş etmək üçün daha sərfəlidir? Bu suala cavabı ən məşhur 5 şirkət qiymətlərini müqayisə edərək baxaq.


Mover.az


Şirkət öncə qısa müddətlik kitablar üçün 50% kampaniya elan etdi və daha sonra vaxtını müddətsiz etdi. Belə ki, sifariş verdiyiniz kitabların daşınma haqqına 50% endirim edir və bunu da “Oxumaq sizdən, endirim bizdən” adı altında təqdim edir. TÜİK-in (Türkiyə Statistika Komitəsi) məlumatına görə, ortalama kitab qiyməti 26 türk lirəsidir və bir kitabın ortalama ağırlığı 350 qramdır.


Mover şirkəti qrama-qram kampaniyasından istifadə edir. 350 qrammlıq kitabın daşınma xərci (hər qram vurulsun 6,5 dollar hesablanma qaydası ilə - red.) 3 manat 85 qəpik edir, lakin kampaniyaya görə sadəcə 1 manat 92 qəpik ödəyəcəklər.


Vipex.az


Daha bir geniş xidmətlər təklif edən şirkət Vipex-də eyni misalla davam edək. 0,251-0,500 hər bağama üçün 3,33 dollar daşıma haqqı tələb olunur. 0,350 qramlıq kitabı siz 5 manat 65 qəpiyə əldə edə bilərsiniz.


Starex.az


Startex insanlar arasında daha tez suallarına cavab verən və ən sürətli şirkət kimi tanınır. Tariflərə, əsasən 0,250-0,500 qram arası məhsullar $3,50 danışır. 0,350 qramlıq kitabı şirkət 5 manat 95 qəpiyə gətirəcək.


Limak.az


Daha bir məşhur şirkət Limak-dır. 0,250-0,500 qramlıq bağlamaları şirkət $3 daşıyır. 0,350 qramlıq kitabı 5 manat 10 qəpiyə çatdıracaq.


Camex.az


Şirkətin saytında kalkulyatordan istifadə edərək xidmət göstərdiyi bütün ölkələr üzrə qiymətləri hesablamaq olar. Kalkulyatorun 0,350 qramlıq paketin Türkiyədən çatdırılmasına $3.45 kimi nəticə göstərdi. Bu da 5 manat 86 qəpik edir.


Bəs, sizin üçün hansı daha sərfəlidir? Fikirlərinizi saytın şərh bölməsində bizimlə bölüşün.


Müəllif: Nicat Hacıyev