Uşaqlar üçün ucuz portativ kompyuter hazırlanması ilə məşğul olan "OLPC" (One Laptop per Child) təşkilatı "XO- 4 Touch" noutbuk-transformeri hazırlayır. Qurğu ənənəvi noutbuk və planşetin funksionalını birləşdirəcək.



"XO - 4 Touch" 1,2 QHs takt tezliyində işləyən "Marvell Armada 2128" ikinüvəli prosessoru ilə təchiz edilib. İlkin məlumata görə, əməli yaddaş tutumu 2 QB-a bərabərdir, fləş yığıcının tutumu isə 8 QB təşkil edir. "XO - 4 Touch" qurğusunun istehsalı 2013-cü ilin birinci rübünə planlaşdırılıb.