TikTok-a oxşayan Reels ötən həftə Instagram sosial platforması tərəfindən hazırlanıb. Artıq brendlər yeni xidməti test etməyə başlayıblar.
Facemark.az-ın məlumatına görə, bu isə AdAge nəşrinin diqqətini cəlb edib.
Öz hesabları üzərindən bu markalar paylaşım ediblər, Dunkin, Red Bull, Maybelline, Louis Vuitton və Sephora.
Nəşr yazır ki, “Brendlər yeni bir xidməti test etmədən keçə bilməzlər, çünki xidmət yeni gənc auditoriyanı cəlb edə bilər”.
VMLY & R-in rəsmisi Qreys Xoy deyir ki, “Biz Z nəslinin TikTok-dan istifadəsinin şahidi olduq. İndi isə X və millenial nəsli, həmçinin aktiv şəkildə xidmətdən istifadə edir”.
O, deyib ki, belə rəsmi olmayan, qısa videolar izləyici kütləsi tərəfindən böyük marağa səbəb olur. Ona görə də, brendlərin yeni yaranan Reels xidmətinə marağı yaranıb”.
Çərşənbə axşamı Dunkin soyuq-kofeninin reklamını edən paylaşımını etmişdi. Kompaniya bütün əlçatan effektərdən istifadə edib, filtr, stiker, musiqi və s.
Maybelline markası isə Reels-dəki yeni videosunda məşhur model və influencer Nikki De Yaqer iştirak edib.
Qeyd edək ki, ötən həftə Reels dünyanın 50 ölkəsində istifadəyə verildi. Xidmətin köməyi ilə 15 saniyəyə qədər davam edən videolar hazırlamaq və onu dostlar ilə paylaşmaq olar.
Eyni zamanda, Instagram qabağa çəkmək istədikləri kanalları xüsusi Explore bölməsində yerləşdirəcək.
TikTok artıq rəqibinə qarşı reaksiya da verib.
