Markalar ənənəvi kanallardan dijital kanallara yönələn potensial müştəriləri ilə əlaqədə olmaq üçün sosial medianın vacibliyini hər gün daha çox fərqinə varırlar. Elə buna görədir ki, sosial media üçün daha çox büdcə və zaman ayırırlar.


Bəs, sosial mediaya verilən əməyin nəticələrini ən çox hansı marka toplayır?


Facemark.az-ın məlumatına görə, bir ay ərzində paylaşım edən 54 000 sosial media hesabını analiz edən social media indeksi SocialBrands, sosial medianın bu ayki marka liderlərini açıqlayıb.


Sosial mediada avqust ayının ən yaxşıları: Netflix, English Home və Koç Holding!


1-31 İyul ayına aid məlumatlara görə, uğurlu sosial media platforması ilə SocialBrands avqust ayı Top100 zirvəsində yer alan marka Netflix olub. Netflix-i öz platformasında yer alan əyləncəli kommunikasiyanı və fimlərin yeni mövsümünə dair tanıtım paylaşımları markanı qabağa çıxarıb.


Bütün kanallarda məhsullara yönəlik tanıtım kontenti ilə ay ərzində kommunikasiya istiqrarını davam etdirən English Home siyahının ikinci sırasında yer alıb. Top100 siyahının üçüncü markası Koç Holding olub.


SocialBrands avqust ayı Top100 siyahısında ilk 10-da yer alan digər markalar isə Kelebek Mobilya, Baykar Savunma, Anadolu Üniversitesi, Samsung, İnci Akü, Nef ve Madame Coco olub.


Türkiye ən əhatəli sosial media indeksi: SocialBrands!


SocialBrands, markaların sosial media performanslarını tərəfsiz və tamamilə dataya dayanıqlı şəkildə ölçən Türkiyənin tək sosial media indeksidir.


BoomSocial məlumatlarına əsaslanaraq analiz edən SocialBrands; markalara aid Facebook, Twitter və Instagram-da yer alan 54 000-dən çox hesabın performansını aylıq dövrlərdə, həm digər markalara, həm də öz sektoruna uyğun olaraq ölçür.


Detallara BURADAN baxa bilərsiniz.