Marketinq mütəxəssisi Kim Garst sosial mediada edilən xətalardan danışıb. Onları təqdim edirik:
Hər platformada bir az olmaq: Bir sosial media platforması var deyə, mütləq qaydada orada olmağınız labüd deyil. Hər platformada olmaq əvəzinə, hədəf kütlənizin istifadə etdiyi və sizinlə kommunikasiya qurmağa daha açıq olduğu bir neçə platformada bütöv şəkildə fəaliyyət göstərin.
İstədiyinizi paylaşmaq: Öz ağlınızdakı və ya istəklərinizi paylaşmaqdansa, müştərilərinizin görmək istədiyi, ehtiyacı olan məlumatları, problemli nöqtələrin həllini bölüşün.
Platformalar arası sabit mövqe: Dizayn, dəyərlərinizi sosial media dünyasında digərlərindən fərqlənmək və dijital kimliyinizi tanımaq üçün bütün platformalarda sabit tutmaq.
Qarşılıqlı əlaqənin olmaması: Bu çox vacib maddədir. Bir çox marka diqqətini hələ də sadəcə paylaşım etməkdə görür. Əslində isə dijital patformalarda kommunikasiyanı dəyərli edən markaların izləyicilərin sual və cavablarına sürətlə cavab verməsidir. İzləyicilərinizə sual verin, onlarla interaktik kommunikasiya içində olun, qarşılıqlı əlaqənizi artırın.
Vizualdan istifadə etməmək: Sosial mediada bir və birdən çox vizual ilə paylaşılan postlar ən çox reaksiya alır və belə postların 93%-ni təşkil edir. Vizualdan istifadə etməmək, böyük fürsətləri qovamağa bənzəyir.
Davamı olacaq…