2020-ci ilin ikinci rübündə Mail.ru Group-a daxil olan, sosial şəbəkə və kommunikasiya xidmətlərinin gəlirləri 0,7% artaraq 11,7 milyard rubla qədər yüksəlib.


Facemark.az xəbər verir ki, VKontakte-nin gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 8%-dən çox artıb. Bu isə istifadəçilərin ödənişləri hesabına olub.


Bundan başqa, sosial şəbəkənin bütün əsas fəaliyyətləri üzrə göstəriciləri böyüyüb. Zənglərin sayı 45%, mesajların ötürülməsi 17%, videoya baxış 41%.


Mail.ru Group-da qeyd ediblər ki, ekosistemin mərkəzi elementinə “VKontakte” transformasiyasını davam edirlər.


Kompaniya aktiv şəkildə strateji istiqaməti inkişaf etdirməyi hədəfləyir. Bura super əlavələr, qrup zəngləri, elektron kommersiya platforması və qısa videolar daxildir.


Ay üzrə aktiv göstəricilər


Odnoklassnikinin ikinci rübdə istifadəçilərinin sayı 42 milyona yüksəlib. Mobil seqment üzrə auditoriya isə 6,3% artaraq 35 milyon nəfərə çatıb. Həmçinin videolara baxış sayında da artım qeydə alınıb, 27%.


Odnoklassnikinin reklam kabineti vasitəsilə biznesin inkişafından əldə etdiyi gəlirlər 2 dəfə artım göstərib. “Yeni təşəbbüslər” seqmentində gəlir 139% böyüyüb. “Yula”nın ikinci rübdə gəlirləri il ərzində ¼-ə qədər artıb və 569 milyon rubla yüksəlib. Aylıq, aktiv auditoriyasının həcmi iyunda 27 milyon nəfərə çatıb. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 6% çoxdur. Yeni reklamların sayı və kontaktların sayı isə müvafiq olaraq 23 və 15% artıb.


Qrupun onlayn təhsil istiqaməti üzrə gəlirləri il ərzində (Mail.ru Group bu xidmətlərdə payı var, GeekBrains, Skillbox, SkillFactory və Alqoritmike) 264% artıb və 1 milyard rubla yüksəlib. İkinci rübdə Skillbox-də yeni ödənişli tələbələrin sayı birinci rüblə müqayisədə 46% artıb. Aktiv tələbələrin payı isə birinci rübdəki 31%-dən 34%-ə yüksəlib. GeekBrains-də isə yeni ödənişli tələbələrin sayı ikinci rübdə birinci rüb ilə müqayisədə 68% artıb.