Spotify, test etdiyi video podcast funksiyasını nəhayət ki, bir sıra bazarlarda istifadəyə verdiyini elan edib.


Facemark.az-ın məlumatına görə, həm premium, həm də platformadan pulsuz istifadə edən istifadəçilər üçün nəzərdə tutulan yeni video podcast funksiyasında Spotify istifadəçiləri yalnız seçilmiş yayımçıların videolarına baxa biləcək.


YouTube-da yalnız premium istifadəçilər video kontenti arxa planda qulaq asa bilirlər. Spotify istifadəçiləri isə video podcastların səs və videolu versiyaları arasında qüsursuzca keçid edə biləcəklər. Cihazlarında başqa əməliyyatlar edən zaman belə podcast dinləməyə davam edəcəklər.


Spotify-ın, həm masaüstü, həm də mobil əlavəsində istifadə ediləcək yeni funksiya video, səsin yerini almaqda əlavə, səsə əlavə bir ünsür olacaq. Ehtiyac olarsa podcast bölümləri cihazlara yüklənə biləcək, ya da yalnız səs formatında qulaq asılacaq.


Video podcast funksiyası kontent yaradıcıları üçün öz mövcud kütlələrini genişləndirmək imkanı verəcək, eyni zamanda Spotify üçün də yeni reklam fürsətləri yaradacaq.


Bu gün yalnız formatın dəstəkləndiyi bazarlarda istifadəyə verilən video podcast funksiyası yaxın gələcəkdə bütün dünyada istifadəyə veriləcək.