Apple, Apple News istifadəçiləri üçün özünün şəxsi xəbərlər podkastını hazırlayacaq. O Apple News Today adlandırılacaq.
Facemark.az-ın məlumatına görə, bu haqda CNN nəşri yazıb.
Xəbərlər podkastı 10 dəqiqədən çox olmayacaq. Podkastı aparanlar isə daha əvvəllər WNYC, Al Jazeera və PBS-də çalışan jurnalist Şumita Basu və Duarte Ceraldino olacaq. Podkasta ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada qulaq asmaq mümkün olacaq.
Şumita Basu
Səs hər səhər bazar ertəsindən cümə gününə qədər News və Podcasts platformalarında təqdim ediləcək.
Apple, həmçinin Apple News+ nəşrində olan materiallların audio versiyasını təqdim edəcək. Onlar isə professional aktyorlar tərəfindən səsləndiriləcək. Kompaniya həftədə 20 audiohekayə paylaşmağı düşünür. Hələ ki, yeni xidmət Amerikadakı abunəçilər üçün əlçatan olacaq. Apple layihədə iştirak edəcək Esquire, GQ, New York Magazine nəşrlərinə isə mükafat vəd edir.
Duarte Ceraldino
Qeyd edək ki, daha əvvəlki xəbərdə deyilirdi ki, Apple News The New York Times qəzeti ilə əməkdaşlıq etməkdən imtina edib.
Nəşrin özünün açıqlamasında isə deyilirdi ki, onların əsas açar məqsədlərindən biri yeni abunəçilərin cəlb edilməsidir. Ancaq Apple bu işdə daha az kömək olur.

