App Annie tərəfindən 2020-ci ilin ikinci rübündə oyun bazarı ilə bağlı vacib detallar açıqlanıb. Hesabata görə, 2020-ci ilin ikinci rübündə ən çox yüklənən oyun sayı 14 milyard olub. Bu dövrdə ən çox yüklənən isə Save the Girl oyunu olub.
COVID-19 pandemiyası iOS və Google Play-dəki mobil oyun yükləmək sayına müsbət təsir edib. App Annie tərəfindən hazırlanan hesabata görə, yuxarıda qeyd olunan dövrdə 2020-ci ilin ikini rübündə mobil oyun trendləri açıqlanıb.
Yayımlanan hesabata görə, adıçəkilən dövrdə həftəlik 1,2 milyard yükləmə rekordu qırılıb. Bu rekorddan başqa, həftəlik yükləmə sayı iə təxmini 1 milyardda qaldı.
Google Play-də yoyun yükləmə əməliyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 11 milyarda çatdı.
iOS və Android-in 2020-ci ilin ikinci rübündə yüklənən ümumi oyun sayı isə 14 milyard oldu.
Google Play Store-da ən çox xərcləmə ABŞ, Yaponiya, Cənubi Koreyada, , iOS-da isə oyunlara ən çox pul xərcləyən ölkə isə ABŞ olub. ABŞ-da insanların oyunlara xərcləri 30% artım nümayiş etdirib.
Budur 2020-ci ilin ikinci rübündə ən çox yüklənən oyunlar
- Save The Girl
- Gardenscapes - New Acres
- Free Fire
- PUBG MOBILE
- Ludo King
- Subway Surfers
- My Talking Tom Friends
- Fishdom: Deep Dive
- Brain Test: Tricky Puzzles
- Hunter Assassin
2020-ci ilin ikinci rübündə ən çox xərc edilən oyunlar
- Honour of Kings
- ROBLOX
- Monster Strike
- Pokemon GO
- Coin Master
- PUBG MOBILE
- Gardenscapes - New Acres
- Game For Peace
- Candy Crush Saga
- Fate / Grand Order
2020-ci ilin ikinci rübündə ən çox aylıq aktiv abunəçi sayına malik olan oyunlar
- PUBG MOBILE
- Candy Crush Saga
- Ludo King
- Call of Duty: Mobile
- Free Fire
- Subway Surfers
- Clash of Clans
- Pokemon GO
- 8 Ball Pool
- ROBLOX


