Əgər hər kəs bu tələbi yerinə yetirəcəksə, Twitter söz verib ki, mesaja redaktə funksiyasını platformaya əlavə edəcək.
Facebook və Twitter sosial platforması istifadəçilərə COVID-19 virusuna qarşı yoluxmanın qarşısını almaq üçün maska taxmağı xatırlatmağa qərara gəlib.
Facemark.az xəbər verir ki, adıçəkilən hər platforma bunu öz məcrasında edib.
Twitter söz verib ki, əgər hamı maska taxmağa başlayacaqsa o halda mesajların redaktə funksiyasını platformaya əlavə edəcək. Kompaniya bildirib ki, hər kəs hər kəs deməkdir. Platformanın bunu necə test edəcəyi isə hələki bilinmir.
Facebook kompaniyası isə yeniliyi tətbiq etmək üçün dijital alətdən istifadə edib. O istifadəçilərə maskanın taxmağın əhəmiyyətini sosial şəbəkənin lentində elan edəcək. Eyni, yeniləmə Instagramda da olacaq. Bildiriş linki, həmçinin ABŞ-ın Xətəliklərlə Nəzarət və Qarşısının alınması mərkəzlərinə də bağlı olacaq. Burada epidemiya ilə bağlı əlavə informasiyalar yer alacaq.

