Reboot Rəqəmsal Marketinq Agentliyi fərqli ölkələrdə çalışan rəqəmsal marketinq mütəxəssislərinin illik ortalama maaşları haqqında araşdırma edib.


Facemark.az xəbər verir ki, rəqəmsal marketinq müdiri olmağın ən perspektivli olduğu birinci bazar Yaponiyadır. Burada belə mütəxəssislər ortalama 58443 avro qazanır.



Siyahıda ikinci sırada, dijital mütəxəssislərinə 56949 avro təklif edən Çini görürük. ABŞ isə 55873 avro ilə üçüncü sırada yer alır. İngiltərədə isə illik belə ortalama gəlir 32820 avrodur. Bu isə onların Yaponiyada qazanabiləcəklərinin yarısı deməkdir.


Rəqəmsal Marketinq bacarıqlarına ən çox dəyər verən Avropa ölkəsi isə Danimarkadır. Burda isə belə mütəxəssislər illik 55384 avro qazanır.


Təcrübələrinə görə, rəqəmsal marketinq müdirlərinin illik ortalama maaşı isə belə olub:


- Marketinqə yeni başlayan və 1 ildən az təcrübəsi olanlar qazanır: 25408 avro,


- Karyerasının əvvəlində olan və 1-4 il arası təcrübəyə sahib olanlar 33434 avro,


- Karyerasının ortasında olan və 5-9 illik təcrübəyə sahib olanlar 42809 avro,


- Bacarıqlı rəqəmsal marketinq müdiri 10-19 illik təcrübəyə sahib olanlar 51913 avro qazanır.


Rəqəmsalın fərqli sahələri üzrə ixtisaslaşanların qazandıqları gəlirlər isə belə olub:


-Veb Developerlər 45299 avro


- E-ticarət 44604 avro


- İctimaiyyətlə Əlaqələr 44096 avro


- Marketinq 42019 avro


- SEO 39973 avro


- Veb dizayner 38163 avro


- Veb analitik 37000 avro


- Kontent 33261 avro


- Sosial Media 32044 avro


- Kontent marketinqi 31325 avro


Mənbə: https://www.rebootonline.com/blog/mapped-salaries-digital-marketing-managers-around-world/