IT nəhənginin eksperimental bölməsi Google Area 120, kontent kolleksiyası yaratmaq üçün Keen adlı xidməti istifadəyə verib.
Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin korporativ bloqunda deyilib.
Platformada kontent kolleksiyası toplaya və saxlanılan materiallara bənzərlərini görə bilərsiniz. Onun işləmə mexanizmi Pinterest ilə oxşarlıq təşkil edir. Saxlanılan kontenti digər istifadəçilər ilə də paylaşmaq olar.
Bildirilib ki, xidmət Google Axtarış və Maşın Öyrənmə Texnologiyası əsasında işləyəcək. İstifadəçi nə qədər çox kontent saxlayarsa, ona təklif olunanların sayı da bir o qədər artacaq.
