İl ərzində platformanın moderatorları onun adından istifadə edərək fırıldaqçı reklamlar yayımlayırlar.


Pavel Durov deyib ki, Facebook və Instagram onun adından istifadə edərək cinayətkar postları təbliğ edir.


Facemark.az-ın məlumatına görə, bu haqda Pavel Durov özünün Telegram kanalı üzərindən yazıb.


Pavel Durov yazıb ki, “Bu, fırıldaqçı nəşrlər Facebook-un moderatorları tərəfindən təsdiqlənir, rəsmi reklam elanı statusu əldə edir və bununla da insanlarda çaşqınlıq yaradır”, - deyə Durov yazıb.


Telegram-ın rəhbəri deyib ki, “Dəfələrlə elan etmişik ki, nə mən, nə də Telegram insanlara pul qazanmağın yollarını təklif etmir. Ancaq Facebook komandası adımın arxasında gizlənən fırıldaqçı layihələrin reklamını dayandırmaq istəmir”.


Pavel Durov ümid edir ki, IT şirkəti zərər çəkən insanlara kompensasiya ödənişini təmin edəcək.


O, həmçinin sosial şəbəkənin istifadəçilərinə çağırış edərək deyib ki, əgər məhkəmə tədqiqatı başlayacaqsa, bu halda onlar belə reklam hadisələrini saxlasınlar.