KPMG Football Benchmark komandası, koronavirus dövründə E-idmanın inkişafını araşdırdı. Tədqiqata görə, koronavirus dövründəki e-idman oyun satışları 63% artdı. 2021-ci ilə qədər 21,7 % artacağı gözlənilən E-idmanın bazar dəyəri 1,5 milyard dollara yaxınlaşacaq.


Dünyadakı bütün idman tədbirləri koronavirusa görə dayansa da, E-idmana maraq artıb. KPMG Futbol Benchmark komandası E-idman dünyasını araşdırdı.


Qlobal karantin dövründə böyüməyə davam edən E-İdman dünyasında oyun satışları 63% artdı. Aparılan araşdırmaya görə, E-İdmanın 2021-ci ilə qədər 21,7% böyüməsi və bazar dəyərinin 1,5 milyard dollaradək artacağı gözlənilir. Eyni dövrdə kino sənayesinin 4,4%, musiqi 3,5% və radio 2,1% azalması gözlənilir.


664 milyon insan izləyəcək


2015-ci ildə 235 milyon insanın izlədiyi E-idman hazırda 454 milyon insan həyəcan ilə izləyir. 2022-ci ildə isə E-İdman izləyicilərinin sayı 644 milyon olaraq hesablanır. Elektron idman auditoriyasının orta yaşı da diqqət çəkir. Dünya futbolunu izləyənlərin orta yaşı 39, Premyer Liqanı izləyənlərin orta yaşı 42, NBA tamaşaçılarının orta yaşı 53-dür. E-idman izləyənlərin orta yaşı 32-dir.



Hazırda təxminən 32 milyon oyunçu var


KPMG İdman Sektor Lideri Hakan Təyyar, “E-İdman turnirlərini koronavirus dövründə hər yerdə izlədik. E-İdman böyük bir sənaye olmağa doğru irəliləyir. Koronavirus bu keçid mərhələsin daha da sürətləndirdi. Epidemiya dövründə yaşanan qlobal karantin və ondan sonra başlayan sosial təcrid ən çox gənclərə təsir etdi. Gənclər E-idman dünyasına çox maraq göstərir və futbolçu olmaq əvəzinə E-idman oyunçusu olmağı üstün tuturlar. Hal-hazırda təxminən 32 milyon E-idman idmançısı var. Bu, gələcək illərdə daha da artacaq. Olimpiyada E-İdman üçün də açılsa, sayın dəfələrlə artdığının şahidi olarıq”, - deyə qeyd etdi.



Budur idman tədbirlərini izləyənlərin yaş ortalamasın sizə təqdim edirik:


İdman tədbiri İzləyənlərin yaş ortalaması


E-idman 32


Bütün futbol liqaları 39


İngiltərə Premyera Liqası 42


NHL 43


NFL 49


Olimpiya oyunları 50


NBA 53


WTA Tour 55


MLB 57


ATP Tour 61