Instagram-dakı dəyişiklik, həmçinin hesabların verifikasiya olunmasına da şamil ediləcək. Platforma hesabların orijinallığını təsdiq etmək üçün meyarlarına yenidən baxacaq və funksiyanın əhatə dairəsini daha da genişləndirəcək.


“Yoxlama elə bir sahədir ki, bizi daim suallar qarşısında qoyur. Hesabların verifikasiyasında hansı kriteriyalar daha vacibdir və digər qruplara görə bizim meyarlarımız necə görünür və s”, - deyə sosial platformanın rəhbəri Adam Mosseri deyib.


Instagram qara dərili cəmiyyətlərə daha çox dəstək verməlidir. Bu, həm kompaniya, həm də Instagram-ın özü tərəfindən baş tutmalıdır. Sosial şəbəkə onda olan potensial boşluqları aradan qaldırmağa hazırlaşır. Necə ki, onun məhsulları və siyasəti insanları müdafiə edir, bu cəmiyyətin nümayəndələrinin hər gün rastlaşdığı şəxsi təhlükəsizlik məsələsinə də şamil edilir.


AlgorithmWatch-un araşdırmasına görə, Instagram alqoritmləri çılpaq bədənlərin yayılmasına təşviqi yüksəkdir. Kompaniyanın analitikləri maydan-fevraladək, həm müəllif kontentində, həm də brendlərin 2400 fotosunu araşdırıblar. Kompüter proqramı postların 21%-də alt paltarı ilə qadın və sinəsi açıq kişi vizualı aşkar edib. Tədqiqat iştirakçılarının lentlərində isə belə postların miqdarı 30% təşkil edib. Analitiklər deyir ki, peyzaj və yeməklər ilə bağlı vizualın ümumi axında görünmə ehtimalı 60% daha azdır.