Twitter istifadəçilərə 140 saniyəyə qədər davam edən audio klipləri yazmağa və tvit etməyə imkan verəcək.
Facemark.az-ın məlumatına görə, yeni funksiya iOS əməliyyat sistemini dəstəkləyən əlavədə əlçatan olacaq, yaxın həftələrdə isə hər kəs bu yenilikdən istifadə edə biləcək.
Funksiya işə salındıqdan sonra, tvit atılan yerdə radio dalğasına bənzəyən işarə görünəcək. Ona basıb saxlamaqla səs yazısı göndərmək mümkün olacaq.
Şirkətin yeni funksiya ilə bağlı açıqlamasında isə deyilib ki, “Bəzən 280 xarakter bəs etmir və tərcümə zaman söhbətdə bəzi nüanslar itir. Buna görə də bu gündən etibarən Twitter istifadə formamıza daha çox insanlıq qatacaq yeni funksiyanı test etdik – öz səsiniz”.
Videoda bu funksiyanın işləkliyini görə bilərsiniz. Bura klik edin.
Əgər 140 saniyə başa çatarsa, bu halda istifadəçi avtomotik olaraq yeni səsli tvit yarada biləcək, bu isə istifadəçiyə səsli mesajlar seriyasını göndərməyə imkan verəcək.
Twitter, bu funksiyanı Android-də nə zaman genişləndirəcək, bu haqda məlumat verməyib.

