Koronavirus pandemiyasına görə, bir çox kommunikasiya əlavəsi ehtiyaca görə, özünü yeniləyib. Görüntülü danışıq bazarından daha böyük pay almaq istəyən Whatsapp video görüşlərdə iştirakçı sayını 4-dən 8-ə qədər artırdı. Bu dövrdə mesajlaşma əlavələrinə maraq artır, Facebook-un “damı” altında xidmət verən WhatsApp, yaxın dövr üçün bir sıra yeni funksiyalar düşünüb.


Çoxlu cihaz dəstəyi


WhatsApp-ın istifadəçilərini tək bir cihaza bağlı qalmaqdan qurtaracaq çoxlu cihaz dəstəyi funksiyası ilə uzun zamandır ki, maraqlanılırdı. Adıçəkilən funksiya test edilməyə başladı. Çoxlu cihaz dəstəyi ilə WhatsApp iki fərqli cihazdan eyni anda istifadə edə biləcək. Yeni funksiyanın 4 cihaza qədər dəstək verməsi gözlənilir.


Avtomatik silinən mesajlar


WhatsApp-a gələcək başqa bir funksiya isə Expiring Messeges-dir. (Vaxtı dolan mesajlar). Bu funksiya ilə istifadəçilər göndərdikləri mesajlarının 1 gün, 1 həftə, 1 ay kimi vaxt ilə silinməsini tənzimləyə biləcəklər.


Detallı mesaj axtarma funksiyası

WhatsApp-da ortaya çıxan başqa bir funksiya isə detallı mesaj axtarma funksiyasıdır. Yeni fuksiya ilə istifadəçilər, istədikləri zaman kəsiyi çərçivəsində mesajları arasında axtarış edə biləcək.


Saxlama funksiyası


WhatsApp üzərindən edilən görüşlərdəki saxlanılan media fayllarının telefondan ümumilikdə nə qədər yer tutacağına nəzarət etmək mümkün olacaq.


Mesaj silmə funksiyası


WhatsApp-ın saxlanılan mesajları silmə istiqamətində də yeni funkiya üzərindən işlədiyi bilinir. Test mərhələsində olan bu funksiyanın detallarının qarşıdakı həftələrdə dəqiqləşməsi gözlənilir.