Apple korporasiyası elan edib ki, 2019-cu ildə App Store ekosistemi üzərindən ödəniş və satınalmaların dəyəri 519 milyard dollar olub.
Facemark.az xəbər verir ki, belə bir nəticəyə isə korporasiyanın qeyd etdiyi kimi Analysis Group gəlib.
Tədqiqata görə, ən gəlirli kateqoriyalar fiziki mal və xidmətlərin satışı və mobil kommersiya üçün əlavələr (m-commerce) olub. Dəyəri 413 milyard dollar hesablanır. Rəqəmsal məhsul və xidmətlərdə 61 milyard dollar, reklam və əlavələrdə isə 45 milyard dollar olub.
Eyni zamanda məbləğin 85%-i üçüncü tərəf istehsalçıların payına düşür. Apple-dan qeyd ediblər ki, korporasiya yalnız rəqəmsal mal və xidmətlər ilə əlaqəli hesablardan komissiya alır. Riteyler seqmenti əlavələrində isə 413 milyard dollardan 268 milyard dolları onun payına düşüb. Bura, həm offlayn, həm də onlayn satıcılar tərəfindən yaradılan platformalar daxildir.
Expedia və United də daxil olmaqla səyahət üçün xidmətlər vasitəsilə əməliyyatlar 57 milyard dollar, Uber, Lyft kimi taksi xidmətləri 40 milyard dollar, yemək çatdırılma xidmətləri isə 31 milyard dollar hesablanıb. Rəqəmsal mal və xidmətlərdə isə 61 milyard dollar qiymətləndirilib. Bura musiqi striminq xidmətləri, video xidmətlər, fitnes əlavələri, elektron və audio kitablar, jurnal, qəzet, həmçinin tanışlıq əlavələri daxildir.
Ən çox satınalma və ödənişləri isə oyun seqmenti nümayiş etdirib.
Əlavələrdə reklam satışı 45 milyard dollar olub, bunun 44%-i isə oyunlardan gəlib. Eyni zamanda, reklam satışını təmin edən oyun olmayan tətbiqlər də çox vaxt pulsuzdur. Məsələn, Twitter və Pinterest və s.
Bildirək ki, App Store 2008-ci ildən fəaliyyətdədir, indi burada 2 milyondan çox əlavə əlçatandır. Apple-ın məlumatına görə, platformaya hər həftə 175 ölkədən 500 milyondan çox insan ziyarət edir.
