Böhranda L`Oreal-ın dijitalın marketinq xərclərində payı 70%-ə çatdı. Karantindən əvvəl internet-reklamı kosmetika istehsalçısının tanıtımının sadəcə 50%-ni təşkil etmişdi.


L`Oreal kompaniyası pandemiyada marketinq və reklam xərclərində dijitalın payını 50%-dən 70%-ə qədər artırıb.


Facemark.az-ın məlumatına görə, bu haqda Financial Times nəşrinə kosmetika istehsalçısının rəqəmsal texnologiya üzrə direktoru Lyubomira Roşe deyib.




Campaign nəşri isə yazır ki, ümumilikdə götürdükdə, brend krizis zamanı tanıtım üçün xərclərdə azalmaya gedib. İnternet reklamı satışlara da öz təsirini edib. Belə ki, cari ilin ilk rübündə şirkətin satışlarının 20%-i məhz internet reklamdan gəlib. Bir il öncə isə bu rəqəm 16% idi, bu isə 2018-ci ildəki göstərici ilə müqayisədə 2 dəfə artım demək idi.


Roşe Financial Times-a deyib ki, 8 həftə ərzində biz elektron ticarətdə 3 ildə əldə edəcəklərimizi qazandıq. Roşe, həmçinin deyib ki, böhranda şirkətin hələ 2018-ci ildə aldığı ModiFace artırılmış reallıq əlavəsi şirkət üçün böyük üstünlük qazandırıb.


Bu texnologiyaya əsaslanaraq, Amazon da daxil olmaqla 15 şirkət öz saytlarında virtual makyaj otağı əlavə edib. Orta bir istifadəçi ModiFace-də 9 dəqiqə keçirib. O, burada tonal krem və saç rənginə uyğun boya axtarışında olub. Videoçatda konsultasiya marketinq aləti də böhranda şirkət üçün əvəzolunmaz olub.


L'Oréal-dan isə inanırlar ki, pandemiya zamanı yaranmış istehlakçı davranışları, ondan sonra da davam edəcək. Karantində şirkətin bir çox mağazası bağlandı, ancaq bəzi məhsullarını isə apteklərdən almaq mümkün idi.


Roşenin sözlərinə görə, insanlar öyrənəndə ki karantindir, onlar şəxsi gigiyenik vasitələri aldılar. Ancaq prosesin uzanacağını gördükdə isə evdə özlərinə qulluq etmək üçün saç, dırnaq boyası və üz üçün maskalar alıblar.


Ümumilikdə, ilin ilk rübündə L`Orealın satışları, oflayn paylama kanallarının bağlanması fonunda 4,8% endi. Barclays proqnozlarına görə, şirkətin 2020-ci ildə qazancı 9,2% azalacaq, amma gələn il istehsalçı 7,8% artım gözləyir.