Facebook, İyunun 11-də açıqlamasında deyib ki, Messencer Kids artıq Türkiyədə əlçatandır. Messencer Kids-in xüsusiyyətləri haqqında aşağıda qeyd edirik:


Facemark.az-ın məlumatına görə, Messencer Kids 2017-ci ildə Facebook-un onlayn təhlükəsizlik, uşaq inkişafı və media mütəxəssislərindən ibarət olan Gənclər Məsləhətçiləri (Youth Advisors) tərəfindən yaradılıb.




Uşaqların dostları, ailə fərdləri ilə əyləncəli və nəzarətdə əlaqə qurmasını istəyən valideynləri düşünən platforma kimi fəaliyyət göstərir. Platforma pulsuz görüntülü söhbət və mesajlaşma funksiyası təklif edir.


Facebook-un Mərkəzi Asiya, Afrika, Türkiyə regionu üzrə prezident köməkçisi Derya Matraş açıqlamasında deyib ki,


“Mən də bir valideynəm. Və çox yaxşı başa düşürəm ki, uşaqlarımız onlaynda dostları ilə vaxt keçirərkən, əylənərkən təhlükəsizlikdə olub-olmadığını düşünmək nə qədər çətindir. Uşaqlarımız bu platformada təhlükəsizlikdə olacaq, yaşlarına uyğun dostları ilə əlaqə quracaqlar, dijital vərdişlərini daha da möhkəmləndirəcəklər. Bütün bunları nəzərə alaraq, Facebook adından Messencer Kids-i ölkəmizdə işə salmaqdan məmnunluq duyuruq”.


Artıq bir neçə gündür ki, Türkiyədəki valideynlər Google Play, Apple App ya da Amazon App mağazaları üzərindən Messenger Kids-i yükləyə bilirlər.