VKontakte sosial şəbəkəsi şaquli videoların yerləşdirilməsi üçün Kliplər xidmətini istifadəyə verib.
Facemark.az xəbər verir ki, şirkətdən Sostav.ru-ya verilən məlumata görə, eyni formatda qısa videoların mübadiləsi xidməti TikTok da çalışır. İstifadəçilər 1 dəqiqədən çox olmamaqla Kliplər yükləyə biləcəklər. Xidmət artırılmış reallıq texnologiyalarını dəstəkləyir.
Videoların yüklənməsini idarə etmək olar, məsələn, jestlərin köməyi ilə siz çəkimi videoya qeyd edə, effektlər əlavə edə bilərsiniz. Videoya, yalnız müəllifin abunəçiləri və dostları qiymət verə biləcək. Daha sonra isə yeni tövsiyə platformasının köməyi ilə videolar geniş bir kütləyə xitab edəcək.
Sosial şəbəkənin nümayəndələri deyib ki, platforma istifadəçilərin hansı kontenti bəyəndiklərini, maraq dairələrini nəzərə alaraq milyardlarla siqnal ötürür.
Videonun altında şərhlər bölməsi olacaq. İstifadəçilər videonu dostları ilə, yaxud səhifələrdə paylaşa bilərlər. Hələlik yeni xidmət məhdud istifadəçilər, xüsusilə məşhurlar üçün əlçatandır. Yaxın günlərdə isə Kliplər adıçəkilən sosial şəbəkədə hesabı olan hər kəs üçün əlçatan olacaq.
Xatırlatmaq yerinə düşər ki, Vkontakte-nin TikTok-a bənzər bir platforma yaradacağı hələ martda məlum idi. Həmin vaxt deyilirdi ki, platformanın təşviqi üçün influencerlər və professional kontent yaradıcılarını cəlb edəcəklər. Gələcəkdə isə belə videolardan müəlliflər pul da qazana biləcəklər.