İlon Mask Amazon-u bölünməyə çağırdı və Ceff Bezosun şirkətini monopolist adlandırdı.
Facemark.az xəbər verir ki, hər zamankı kimi SpaceX, Tesla şirkətinin qurucusu, amerikalı milyarder özünün eksantrik çıxışları ilə Tvitter-də gündəmdədir.
Sahibkarın sözlərinə görə, Amazon bazarda monopoliyadan istifadə edir. O, deyir ki, monopoliya isə yanlışdır. Mask bu haqda, özünün koronavirus haqqındakı kitabını marketpleysdə satmağı rədd etdiyini deyən başqa bir istifadəçinin tvitinə cavab olaraq deyib. Amazon-un nümayəndələri isə daha sonrakı açıqlamasında dedilər ki, kitab texniki bir səbəbdən yayımdan qaldırılıb, yaxında mağazaya geri qaytarılacaq.
Xatırlatmaq yerinə düşər ki, Amazon internet riteyler platforması kimi uzun müddətdir ki, Amerikada antimonopoliya dövlət orqanlarının diqqət mərkəzindədir. Bir çox siyasi dairələr, o cümlədən ABŞ prezidentliyinə namizədliyini irəli sürən siyasətçi Elizabet Uorren də iri texnologiya şirkətlərinin bölünməsi çağırışını etmişdilər.