COVID-19 dövründə bütün dünya insanları vərdiş etmədiyi qaydada yaşamağa çalışır, fərdi olaraq da seçimlərimiz yeni forma almaqda davam edir. Bu dövrdə insanları sosiallaşmaqdan daha çox, sosial media kanallarından doğru məlumat almaq maraqlandırır.




AdColony, Türkiyədə 14-65 yaş arası respondentlər arasında sorğu keçirib. Sorğu “COVID-19-da dəyişən sosial mediada istifadə vərdişləri araşdırması” adlanır. Araşdırmaya görə, Türkiyədə karantinin başlamasından bu yana istifadəçilərin 61%-i sosial media kanallarında daha çox vaxt keçirir. Onların 51%-i sosial mediadan yeni məlumatlardan xəbərdar olmaq üçün istifadə etdiklərini deyiblər. Bu dövrdə markalar bütün mesaj və kampaniyalarını dijitala daşıyıb. Respondentlərin reklamlar özəlində ən etibarlı hesab etdikləri sosial media kanalı LinkedIn -dir, 51% ilə. İstifadəçilərin 37%-i gün ərzində ən az 30 dəqiqə LinkedIn-də vaxt keçirir, 30%-i isə bu kanalda 30 dəqiqədən də çox vaxt keçirir.



AdColony EMEA&LATAM rəhbəri Volkan Biçer bu dövrdə sosial mediadan istifadə vərdişlərinin dəyişməsindən danışır: “COVID-19 zamanı LinkedIn ölkəmizdə istifadəçilər arasında daha çox populyarlaşdı. Bu məcradan, həm etibarlı məlumatlar almaq olar, həm də evdən çalışdığımız üçün hər kəs özünə yaxın olan sektorlara dair məlumatlar əldə edə bilərlər. Araşdırmamıza görə, respondentlərin 57%-i bir həftədə LinkedIn-də 1,3 arası post paylaşımı edir”.


Hər anımızı yaxşısı, ya da pisi ilə sosial media kanallarında yaşayırıq. Eyni zamanda, bu məcralardan xəbər mənbəyi kimi istifadə edirik. Amma COVID-19 ilə bu məcralar vacibliyini artırsa da, yenə də insanlar etibarlı məlumatlar almaq üçün doğru sosial media kanallarından istifadə edirlər.