Facebook-un mobil versiyasında köhnə postları abunəçilərdən gizlətmək üçün funksiya ərsəyə gətirib.
Facemark.az-ın məlumatına görə, bu haqda kompaniyanın rəsmi bloqunda məlumat verilib.
Yeni funksiya, həm fərdi postları, həm də qrup postlarını gizlətməyə imkan verəcək. Bunun üçün platformaya konkret zaman dilimində və konkret şəxslə paylaşılan postu tapmağa kömək edən filtr əlavə edilib.
Həmçinin Facebook istifadəçilər üçün mesajı səbətə daşıma funksiyasını da əlavə edib. Belə postlar istifadəçilərin mesajı yenidən bərpa etməsi ilə bağlı qərar verməsə və ya silinməsi haqqında düşünməsə, səbətdə 30 gün ərzində qala bilər.
Xatırlatmaq yerinə düşər ki, hələki yeni funksiya sadəcə mobil qurğular üzərində əlçatandır. Facebook daha sonra isə onu desktopa əlavə etmək haqqında düşünür.