“SpaceX” birinci dəfə astronavtlarla birlikdə “Crew Dragon” kosmik gəmisinin uçuşunu gerçəkləşdirdi.


İlon Maskın (Elon Musk) “SpaceX” şirkəti “Crew Dragon” kosmik gəmisini 31 may səhər saat 10:30-da astronavtlarla uçuşunu reallaşdırıb–Gəminin uçuşu NASA kanallarında və şirkətin özündə yayımlanıb.



Facemark.az-ın məlumatına görə, ucuş ikinci cəhddən sonra baş tutub, birincisi isə pis hava səbəbiylə Mayın 27-də ləğv edilmişdi. Plana, əsasən astronavtlar Bob Benken və Daq Herli uçuşdan 19 saat sonra ISS-ə (Beynəlxalq Kosmik Stansiyaya) çatmalıdırlar. Bu, stansiya ekipajının ilk uçuşudur. İlk ona görə ki, NASA bunu özəl bir şirkət ilə edirdi.


Videoya keçid linki:


https://twitter.com/SpaceX/status/1266812530833240064


Bundan əvvəl, podratçılar yalnız yük daşıyırdılar. Xatırlatmaq yerinə düşər ki, SpaceX-dən əlavə, Starliner layihəsi ilə Boeing, astronavtları kosmik fəzaya çatdırmağı iddia edirdi. Lakin 2019-cu ilin dekabr ayında insanlarsız ilk test uçuşu uğursuzluqla nəticələnmişdi.


https://twitter.com/SpaceX/status/1266806054639173632


O, son həmləsi ilə doğrudan insanlara şablonları qırmağın vaxtı gəldiyini öyrətdi. Bu, uçuşun reallaşmasından 3 il əvvəl isə İlon Mask bunları deyirdi:


“Falcon 1 uçduğu zaman danışacağıq.


Nə vaxt müştərilər olacaq, o zaman danışacağıq.


NASA ilə müqavilə olacağı zaman danışacağıq.


Falcon 9 uçduğu zaman danışacağıq.


Öz gəmilərini qurduqları zaman danışacağıq.


O Beynəlxalq Kosmik Stansiyaya uçduğu zaman danışacağıq.


Nə zaman geostasionar peyklər işə salınacaq, o zaman danışacağıq.


Raketləri necə quraşdırmaq barədə düşünəndə danışacağıq.


Özlərinin Falcon Heavy-ni işə saldıqdan sonra danışacağıq.


Özlərinin Dragon 2-ni hazırladıqları zaman danışacağıq.


İnsanları daşımağa başlayanda danışacağıq.


Onlar Starship hazırladıqdan sonra danışacağıq.


Bu Starship Aya uçduğu zaman danışacağıq.


O, Marsda yerləşdiyi zaman danışacağıq.


İnsanların Marsa enəcəyi zaman danışacağıq.


Marsda kolonya olduğu zaman danışacağıq”.