Kolleksiyaya daxil olan konseptləri işləyərkən dizaynerlərin qarşısına qoyulmuş başlıca məqsəd mebel vasitəsilə evdə fərqli ab-hava yaratmaq idi. Həqiqətən də bu kolleksiya digərlərindən həm dizayn, həm funksionallıq , həm də rəng seçimi baxımdan seçilir və hər bir konsept aid olduğu ölkənin koloritini əks etdirir.
Mağazalarımızda Siz, yataq, qonaq, divar və yumşaq dəstləri olan eyni konseptdə mebellər seçə bilərsiz. Məsələn, romantik əhval-ruhiyyəli müştərilərimizə yumşaq rəngləri, incə naxışları və zərifliyi ilə seçilən Venesiya konseptinə diqqət yetirməyi tövsiyyə edə bilərik.
Bəyaz rəngin, mülayim taxta teksturanın pərəstişkarlarına isə Stokhom və İstanbul konseptlərinə diqqət yetirməyi tövsiyyə edirik. Hər iki konsept evinizə təravət və işıq gətirəcəkdir. Eyni zamanda taxta tekstura evin interyerinin daha yumşaq və canayaxın olmağını təmin edəcəkdir.
İnteryerdə minimalizm və düz cizgiləri sevənlər üçün Milan konseptimiz var. Müasir rəngləri, minimalistik tərzi və düz cizgiləri ilə seçilən bu model məhz sizin üçün dizayn edilib.
Böyük ailəniz varsa, mebeldə axtardığınız maksimum funksionallıq və eyni zamanda dəbli dizayndırsa Peterburq konseptinə diqqət yetirin. Bu konseptə biganə qala bilməyəcəksiniz. Peterbuq sizi ovsunlayacaq.
Əminik ki, modellərimizlə tanış olandan sonra bu kolleksiyamızın pərəstişkarı olacaqsınız. Evinizə şəhər modası gətirmək üçün Sizi mağazalarımızda gözləyirik.
Istanbul Yumşaq dəsti

Milan Yumşaq dəsti

Peterburq Yumşaq dəsti

Venesiya Yumşaq dəsti

Istanbul Qonaq mebeli

Milan Qonaq mebeli

Peterburq Qonaq mebeli

Venesiya Qonaq mebeli

Stokholm Qonaq mebeli

Stokholm vitrin

Istanbul Yataq dəsti

Milan Yataq dəsti

Peterburq Yataq dəsti

Stokholm Yataq dəsti

Venesiya Yataq dəsti

Stokholm Yumşaq dəsti
