Amazon səsli assistent Alexa dəstəyi ilə Eco Look funksiyasını dayandırır, yeni funksiya isə şirkətin digər cihazlarında görünəcək.


Facemark.az-ın məlumatına görə, TechCrunch nəşri yazır ki, nəhəng internet şirkəti 2020-ci ilin iyulun 24-də əlavə və geyimlərin seçimi üzrə köməkçi Echo Look-un fəaliyyətini dayandırır. Qurğunun qiyməti isə 199 dollar idi.


Amazon Echo Look funksiyasını 2017-ci ildə hazırlayıb. Şəxsi assistent sahibinin fotolarını bir neçə obrazda çəkib, ona ən yaxşı yaraşanını bildirə bilirdi. Həmçinin Amazon Echo adi funksiyalarını da təklif edirdi, məsələn, istifadəçilərin suallarına cavab vermək, internetdə məhsul sifariş etmək və s.


Amazondan deyirlər ki, məqsədimiz Amazon səsli assistenin bir stil mütəxəssisi olduğunu da nümayiş etdirmək idi: “İndi biz Alexa qurğularında dəstəklənən, Amazon Shopping əlavələrində Style by Alexa funksiyasını əlavə edəcəyik”.