Hyundai şirkətinin yeni SUV-xətti, həm eksteryer dizaynı, həm də təkmilləşdirilmiş interyerə malikdir.
Facemark.az-ın məlumatına görə, təsvirin tizerində yeni dizayn həllər öz əksini tapıb.
Dizayn Hyundai-ın avtomobil arxitekturasına olan yeni yanaşmasını ortaya qoyur. İnteqrasiya olunan barmaqlıqlar daxil olmaqla, təsvirdə gündüz faralarının işıqları öz əksini tapıb.
Dizaynda yeni həllər avtomobilin “cəsarətli xarakterini” nümayiş etdirir. Yeni avtomobildə diqqəti çəkən bir nüans isə odur ki, siz diqqətlə baxsanız təsvirdə T hərfinə oxşayan gündüz faralarını görə bilərsiniz. Onları uzaqdan belə görmək mümkündür.
Çox güman ki, Hyundai bu yeni həmlə ilə başqa təkmilləşdirilmiş texnologiyalara vurğu edir. Həmin yeni texnologiyaların isə yaxın zamanlarda təqdim ediləcəyi gözlənilir.
