“Mail.ru Group-un əməkdaşları yayın sonunadək məsafəli çalışma modeli ilə işləyəcəklər”.
Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin baş direktoru Boris Dobrodeyev işçilərinə göndərdiyi məktubda deyib. O, bildirib ki, belə bir qərar işçilərə dedlaynları bir neçə həftə üçün dəyişməyə səbəb olmayacaq, çünki belə hər kəs üçün yorucudur.
İnformasiyanı holdinqin mətbuat xidmətinin rəhbəri Sergey Luçin də təsdiq edib.
Əlaqənin mövcudluğu şərti ilə, internetin, telefon ilə daim kontaktın olması şəraitində işçilər başqa bir yerə köçə və ya xaricə yola düşə bilərlər. Ofisə getmək üçün isə xüsusi təşkil edilmiş laboratoriyada koronavirusdan dolayı ekspress bir testdən keçmək lazım olacaq.
Nəticələr iki saatdan sonra veriləcək, amma belə ekspress testlər hər üç gündən bir reallaşdırılacaq. Ona görə də, Dobrodeyev çalışanlarına ofisə getməyi məsləhət görmür. Bundan başqa, top menecer deyib ki, istənilən vaxt əlavə qoruyucu tədbirlər də tətbiq oluna bilər.