TikTok mobil əlavəsinin və onun Çin analoqu Douyin-nin gəlirləri apreldə 78 milyon dollar olub.
Facemark.az xəbər verir ki, bu haqda Forbes analitika şirkəti Sensor Tower-in məlumatlarına istinadən yazıb.
Hesablamada oyun və reklamdan əldə edilən gəlirlər nəzərə alınmayıb. Təkcə əlavənin daxilində satınalmadan söhbət gedir.
Kompaniya bu göstərici üzrə liderlik əldə edib. Hətta YouTube (reytinqdə ikinci yerdə gəliri təxminən 76 milyon dollar), Tinder (üçüncü yerdə), Disney (dördüncü) və Netflix (beşinci)
TikTok (Douyin ilə birlikdə) App Store əlavələri arasında, tətbiq daxilində satınalmalar üzrə birinci yeri əldə edib. Buna baxmayaraq o heç Google Play-də onluğa düşə bilməyib.
Forbes nəşri yazır ki, xidmətin lider mövqeyi əldə etməsinin səbəbi koronavirus pandemiyası olub. İnsanlar karantində evdə olublar və TikTok-da qısa videolara daha çox baxmağa başlayıblar.
