İç geyim markası Skims (model, Kim Kardaşyan idarə edir) üz üçün qoruyucu maskalar seriyasını təqdim edib.


Facemark.az-ın məlumatına görə, bu haqda kompaniyanın özünün Instagram hesabında məlumat verilib.


Bu kolleksiyada belə maskanın beş növü təqdim edilib-onlar istənilən dəri rəngləri üçün nəzərdə tutulub. Onun qiyməti 8 dollardır, brendin saytı üzərindən sifariş etmək olar.


İlk partiya məhsullar satışa təqdim edildiyi bir neçə dəqiqə içində satılıb. İkincisi isə növbəti həftədən etibarən əlçatan olacaq, - deyə Skims-dən deyiblər.


Şirkətdən bildiriblər ki, onlar 10 000 belə maskanı 4 tibb müəssisəsinə verəcəklər.