YouTube videohostinqi kontent müəllifləri üçün 4 yeni funksiyanın işə salınması haqqında bildirib. Onlar bloggerlərə effektivliyi artırmağa və kanalın moderasiyasının asanlaşdırmağa kömək olacaq.


Auditoriya nə vaxt onlayn olur



Bu funksiya ötən ay elan edilmişdi, ancaq indi o bütün kanallar üçün əlçatandır. Belə bir hesabat kanalın istifadəçilərinin həftə içində hansı saatlarda aktiv olduğunu göstərəcək. YouTube video axınları üçün ən düzgün vaxtı müəyyən etməkdən dolayı bu məlumatlardan istifadə etməyi tövsiyə edir.


Uyğunsuz rəylərin yoxlanılması



Əvvəllər bu funksiya istəyə bağlı olaraq əlçatan idi, indi isə hər kəs istifadə edə biləcək. Bu kontent müəllifinə kanaldakı rəyləri bir miqyasdan idarə etməyə və kanaldakı müzakirələrin keyfiyyətini artırmağa kömək olacaq.


Video Chapters funksiyası


Yaxınlaşan həftədə bütün kontent müəlllifləri qeyd olunan yeni funksiya – Video Chaptersdən istifadə edə biləcəklər. Bu funksiya kontent müəlliflərinə videoda ayrı-ayrı başlıqlar yaratmağa kömək olacaq. Yeni funksiyadan istifadə etmək üçün videoya vaxt seçimləri əlavə etməli və ilk başlanğıcın isə 00:00-dan başladığından əmin olmalısınız. Video 3 başlıqdan ibarət olmalıdır. Hər başlıq isə 10 saniyədən çox olmamalıdır.


Bildirək ki, videohostinqdə yeni funksiyaların bəziləri artıq əlçatandır, bəziləri isə yaxınlaşan həftələrdə əlçatan olacaq.


YouTube-da olan yeniliklər haqqında daha çox məlumat almaq üçün videoya keçid edin.


Xatırladaq ki, daha əvvəl YouTube “Bu videoda məhsullar adlı” yeni alətini test etdiyi ilə bağlı məlumat paylaşmışdı.


Mənbə: Searchenginejournal