Amazon-un rəhbəri Ceff Bezos dünyanın ən varlı insanıdır və o, ilk trilyoner olmaq statusuna yaxınlaşır. Son beş ildə Bezos-un şəxsi sərvətinin həcmi orta hesabla 34% artım nümayiş etdirib.
Facemark.az Comparisun platformasının tədqiqatına istinadən xəbər verir ki, Ceff Bezosun baş icraçı direktorunun (CEO) şəxsi sərvətinin həcmi dayanmadan artır. Şirkətin proqnozuna görə, əgər nəticələr belə gedərsə, 2026-ci ildə, yəni Ceff Bezos 62 yaşında dünyanın ilk trilyoneri ola bilər. Bir çox ölkələrdə tətbiq edilən karantin rejimi Amazon-da olan məhsullara tələbatı artırıb, şirkətin 2020-ci ilin birinci rübündə olan gəlirlərinin həcmi 75,5 milyard dollara çatıb.
Bildirək ki, apreldə, pandemiya fonunda tətbiq edilən karantinə görə, Amazon-un rəhbəri uzun illərdən sonra ilk dəfə şirkətin gündəlik idarəetməsinə qayıtmışdı. Koronavirusa qədər isə Ceff Amazon-un baş qərargahının yerləşdiyi Sietl şəhərində çox az zaman keçirirdi. Bununla yanaşı, Amazon qeyd olunan ayda endirimləri dayandırdı, platformanı daha az satış edəcək şəkildə yenidən yaratdı. Martın sonunda isə kompaniya 175 000 yeni əməkdaşı işə cəlb etdi. Bezos daha əvvəllər restoran və barlarda çalışan və pandemiyaya görə işdən çıxarılan belə əməkdaşları Amazon-da işləməyə dəvət etdi.
Highsnobiety platforması isə Twitter-də amerikalı istifadəçilərdən Bezosun bir gün trilyoner olacağı xəbərinə belə reaksiya veriblər.
Onlardan bəzilərini təqdim edirik:
“Amerikanın yarısı ilə müqayisədə yalnız 3 nəfər böyük sərvətə malik olurlar. Bu isə narahat edir”.
“Qlobal iqtisadi kollaps Ceff Bezosu trilyoneri edəcək. Amma hələ də Amazon-un işçiləri tualetə getmək üçün belə fasilə edə bilmirlər”.
“Mən Bezos kimi bir plutokratın iqtisadi sistemi qoruyacağından əmin deyiləm. Belə ki, o pandemiyadan 24 milyard dollar qazandı, amma ölkədə 33 milyon amerikalı isə işini itirir”.
