90-cı illərin populyar aksessuarı ugly scrunchy (saç üçün çirkin saç bandı) koronavirus pandemiyasının yayılması fonunda tətbiq edilən karantindən dolayı yenidən qadın trendi olub.
Facemark.az-ın məlumatına görə, bu haqda Vogue nəşri yazıb.
Nəşrin jurnalistlərinin müşahidələrinə görə, məşhurların əksər hissəsi belə saç bandı ilə sosial şəbəkələrdə fotolar paylaşıblar. Məsələn, onların arasında pop ifaçısı Selena Qomez, müğənni Lizzo, supermodel Cici Hadid və s. var. Bundan başqa, Vogue nəşri yazır ki, belə çirkin saç bandları adlandırılan məshul daha məşhur internet-mağazalarında da daha çox görünməyə başlayıb. Məsələn, Amazon, Asos, Shopbob, Ganni və Dermstore.
Chloe Kardaşyan, Eşli Qrem kimi məşhurlarla əməkdaşlıq edən populyar saç ustası Justin Mariyan (Justine Marjan) deyib ki, o hər gün adıçəkilən saç bandından istifadə edir və özünün bütün müştərilərinə də saçın quruluşundan asılı olmayaraq bu məhsuldan istifadə etməyi tövsiyə edir.
Mariyan izah edir ki, adi bandlar saçlara zərər verə bilər və xüsusilə də əgər onlar nəmdirsə başqa zərərləri də ola bilər.
Qeyd edək ki, apreldə isə məlum olmuşdu ki, koronavirus pandemiyası ilə bağlı olaraq yaranan karantində qadınlar laseni almaq da trend olub. Bildirilib ki, bu məhsulu almaq üçün internet mağazalarında axtarışların sayı aprelin əvvəlindən 18% artım göstərib. Xüsusilə müştərilər Nike, Adidas və Beyond Yoga, həmçinin amerika markası Spanx-ın məhsulunu almağa üstünlük veriblər.