Beynəlxalq taksi xidməti Uber koronavirus pandemiyası fonunda sərnişinlərin daşınması ilə bağlı yeni qaydaları elan edib.
Facemark.az-ın məlumatına görə, müvafiq elanı şirkət 13 may-da özünün saytında yayımlayıb.
Mayın 18-dən individual qoruyucu vasitələrindən istifadə etməyən sürücülər aqreqatorun rəsmi tətbiqindən istifadə edə bilməyəcəklər. Hər sərnişin daşımadan öncə sürücülər maska ilə selfi edəcəklər. Onun yoxlanması isə üz tanıma texnologiyası hesabına yerinə yetiriləcək.
Xidmətin bu yeni qaydaları iyunun sonuna qədər ABŞ, Kanada, Hindistan, bir çox Latın Amerikası ölkəsində və Avropada tətbiq ediləcək. Bundan əlavə, maskadan istifadə edilməsi sərnişinlər üçün də məcburi olacaq. Hər səfərdən öncə əllərin dezinfeksiya edilməsi vacib olacaq, onlara ancaq arxa oturacaqda oturmağa icazə veriləcək, eləcə də pəncərələr avtomobil salonunun havalandırılması üçün daim açıq olmalıdır.
Bundan başqa, şirkət şəxsi qoruyucu vasitələr-maska, dezinfeksiya edici sprey, salfet, əl təmizləyici vasitələr və əlçəklərin alınmasına 50 milyon dollar pul ayırıb.
Ötən həftə isə 23 milyondan çox maska Uber-in bütün dünyada olan sürücülərinə verilib.