Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask oğlunun adının dəqiq necə səslənməsindən bəhs edib.
Facemark.az-ın məlumatına görə, o bu haqda Co Roqan-ın YouTube kanalında bir podkasta danışıb. Verilişin aparıcısı milyarderdən ilk onu soruşub ki, onun övladının adı necə səslənir. “İks Eş, Ey, Tvelv Mask, yaxud İks Eş Arxangel Mask”, - deyə yeni ata olan Mask cavab verib. O izah etdi ki, Arxangel Lockheed A-12 yüksək hündürlüklü kəşfiyyat təyyarəsi layihəsinə verilən addır.
Qeyd edək ki, daha əvvəlki xəbərimizdə yazmışdıq ki, Mask və müğənni Qrayms-ın yeni övladının adını X Æ A-12 ilə şifrələmişdi. Ancaq bu adın dəqiq necə tələffüz edildiyini yalnız indi açıqlayırdı.
Mask və müğənni Qrayms mayın əvvəlində valideyn olublar. Bu, Maskın sayca altıncı, müğənninin isə ilk övladıdır. Onlar 2018-ci ilin yazından münasibətdədirlər. Müğənni öz övladına verilən adı belə izah edirdi. Onun sözlərinə görə, X burada naməlum dəyişəndir, Æ elf yazılışı ilə AI süni intellekt və ya sevgi, A-12 isə Amerikanın yüksək hündürlüklü kəşfiyyat təyyarəsidir. Daha sonra isə vəkil Devid Qlass açıqlamasında demişdi ki, uşağın doğulduğu Kaliforniya əyaləti belə bir adın rəsmi sənədlərdə mövcudluğunu qəbul etməyəcək.
Ailə məsələləri üzrə vəkil deyib ki, Amerikada bir adda yalnız ingilis dilində olan 26 hərfdən istifadə oluna bilər.