Facebook kompaniyası platformalarında zərərli, aldadıcı, nifrət yayan kontenti bloklamaq üçün çalışır. Bu istiqamətdə ilk addım olaraq 2018-ci ilin noyabrında Məzmuna Nəzarət Şurasının üzvlərini açıqlamışdı.


Facemark.az-ın məlumatına görə, Şura ötən 18 ay ərzində 88 ölkədən 650-dən çox mütəxəssis və konsultantın tövsiyələri ilə inkişaf etdirilib. Qurum Facebook və Instagram-da bəzi məzmunun paylaşılmasına icazə verilməsi, yaxud platformadan götürülməsi ilə bağlı məcburi və qəti addımlar atacaq.


Facebook belə bir qurumun yaradılmasının əsas səbəbi kimi insanların ifadə azadlığı və təhlükəsizliyi ilə bağlı vacib qərarları tək qəbul etmək istəməməsindən qaynaqlanır. Şurada fərqli təcrübələrə və fərqli sektorlarda çalışan ilk 16 üzvü və 4 həmsədri Facebook-un fikirlərindən asılı olmayacaq, müstəqil qərar verəcək. Məzmuna Nəzarət Şurası ilə müqavilə bağlayan üzvlər, Facebook-un işçisi hesab olunmayacaq və Facebook tərəfindən işdən çıxarılmayacaq. Qərarları şirkətin iqtisadi, siyasi, mənfəətini nəzərə almadan verəcək.


Məzmuna Nəzarət Şurasını dəstəkləmək üçün, Facebook-a bağlı olmayan 130 milyon dollarlıq fond yaradılıb. Facebook şirkətinin məsələ ilə bağlı yayımladığı bloq yazısına buradan, Məzmuna Nəzarət Şurasının saytında yayımlanan yazıya isə buradan baxa bilərsiniz.