Yandeks gəlir artımı ilə bağlı proqnozunu geri çəkdi. Yandex-in 2020-ci ilin birinci rübündə reklam da daxil olmaqla, gəlirləri artıb, bu haqda korporasiyanın maliyyə hesabatında deyilib. Ancaq növbəti üç ay ərzində krizisə görə, şirkət üçün çətin olacaq, deyə Yandeks-dən deyiblər. Amma korporasiyadan bildiriblər ki, investisiya prioritetlərini nəzərdən keçirir və xərcləmələrə diqqət edirlər.
2020-ci il birinci rübün nəticələri
2020-ci ilin ilk üç ayı ərzində, yəni birinci rübdə Yandeks IT-korporasiyasının reklam gəlirləri 30,1 milyard rubl olub, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 11% çoxdur. Bu haqda kompaniyanın birinci rüb ilə bağlı maliyyə hesabatında deyilib. Yandeks-in xalis mənfəəti isə 76%, 5,5 milyard rubla qədər artım nümayiş etdirib. Ümumi konsolidasiya olunmuş gəlir, yanvar-mart ayı ərzində 47 milyard rubla çatıb, bu isə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 26% çoxdur.
Bu halda, reklam korporasiyaya 64%-lik gəlir gətirib, bu isə ildən ilə azalmaqda davam edir.
2020-ci il üçün gözləntilər
Kompaniyanın əməliyyat və maliyyə direktoru Qreq Abovskiyin sözlərinə görə, 2020-ci ilin ikinci rübü şirkət üçün çətin olacaq. O, deyib ki, investisiya prioritetlərini nəzərdən keçirir və xərcləmələrə diqqət edirlər. Direktor investorlar ilə görüşündə deyib ki, şirkətin top-menecerləri pandemiyanın yaratdığı böhran səbəbindən könüllü olaraq maaşlarını azaldıb.
“Pandemiyanın mənfi təsirinin iqtisadiyyata nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil, ona görə də bu vəziyyətin gələcəkdə şirkətin maliyyə nəticələrinə necə təsir edəcəyini hesablaya bilmirik. Buna görə də, 14 fevral 2020-ci ildə təqdim etdiyimiz, 2020-ci il üçün olan proqnozu geri götürürük”.
Əvvəl şirkət 2019-cu il ilə müqayisədə konsolidasiya edilmiş gəlirlərinin 22-26% artacağını gözləyirdi.
Xatırlatmaq yerinə düşər ki, ötən həftə digər internet şirkəti olan Mail.ru Group da özünün proqrozunu elan etmişdi.
Holdinq hesab edir ki, 2020-ci ilin ikinci rübündə reklam büdcələrinə təzyiq birincisindən daha güclü hiss ediləcək və onlayn reklam 2021-ci ildə böyüməyə davam edəcək.
