Alphabet şirkətinin (Google-un ana şirkəti) gəlirləri 2020-ci ilin birinci rübündə ötən ilin anoloji dövrü ilə müqayisədə 13% artım göstərib.


Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin birinci rüb ilə bağlı hesabatında deyilib.


Hesabat dövründə şirkətin gəlirləri 41,1 milyard dollara (bir il öncə anoloji dövrdə 36,6 milyard dollar olub) çatdı. Alphabetin birinci rübdə xalis mənfəəti isə 6,836 milyard dollara (ötən il anoloji dövrdə 6,657 milyard dollar) çatıb. Google-un reklam satışları isə 33,8 milyard dollar olub, bu isə bir öncəki il ilə müqayisədə 10% çoxdur. Şirkətin bulud biznesi 2,8 milyard dollar gəlir gətirib, bir il öncəki illə müqayisədə bu rəqəm, nə az nə çox düz 52% çoxdur. Alphabetin ümumi xərcləri isə ötən ilin anoloji dövrü ilə müqayisədə təxminən 12% artıb və 33,2 milyard dollara çatıb.


Şirkətin baş maliyyə direktoru Rut Poratın sözlərinə görə, ən yaxşı gəlirlər 2019-cu ilin yanvar və fevral aylarında olub. Mart ayından isə reklam gəlirlərinin axını xeyli yavaşlayıb. Porat analitiklərə deyib ki, istifadəçilər daha çox axtardılar, ancaq onların arasında kommersiya mövzuları daha az olub, eləcə də reklamverənlər reklam xəclərini azaltdılar, - deyə Reuters yazır. “Bu gün isə biz gözləyirik ki, 2020-ci ilin ikinci rübü bizim reklam biznesimiz üçün olduqca mürəkkəb olsun”.


Xatırlatmaq yerinə düşər ki, 2019-cu ilin IV rübündə Alphabet şirkətinin gəlirləri analitiklərin gözləntilərindən az, 46,1 milyard dollar olub. Gözləntilər isə 46,94 milyard dollar idi. Bütöv 2019-cu il ərzində isə şirkətin gəlirləri 161,9 milyard dollara çatıb.


Bildirək ki, ötən il Google-un reklam biznesi Alphabetin qazancının 83%-ni təşkil edib.


Google-un qurucuları olan Larri Peyc, Sergey Brin 2015-ci ildə Alphabet şirkətini yaratdılar. Ana şirkət Google və digər layihələr üçün holdinq strukturuna çevrildi. Google-un əsası isə 1998-ci ildə qoyulub. Onun əsas qərargahı isə Kaliforniyada, Mauntin-Vyu şəhərində yerləşir.


Larri Peyc və Sergey Brin bir arada